Bakıda Qafqaz Universitetləri Birliyinin üçüncü illik konqresi

 

 

 Mayın 21-də “Şeraton Baku Airport Hotel”də Qafqaz Universitetləri Birliyinin üçüncü illik konqresi keçirilmişdir.

AzərTAc xəbər verir ki, Birliyə daxil olan universitetlər arasında əməkdaşlığın genişləndirilməsi məqsədi ilə keçirilən konqresdə Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Qazaxıstan və digər ölkələrdən təhsil işçiləri, mütəxəssislər, ali məktəblərin rəhbərləri və nümayəndələri iştirak etmişlər.

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən çox uğurla həyata keçirildiyini vurğulamışdır.

Ölkəmizdə ali təhsil sahəsində reallaşdırılan islahatlardan danışan nazir ali təhsilin normativ-hüquqi bazasının Bolonya prosesinin tələblərinə və beynəlxalq təcrübəyə uyğunlaşdırıldığını bildirmişdir.    

M.Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən bəhs edərək, bu proqram çərçivəsində xeyli sayda azərbaycanlı gəncin dünyanın nüfuzlu universitetlərində müxtəlif ixtisaslar üzrə oxuduğunu xatırlatmışdır.

Qafqaz regionunun qədim dövrlərdən başlayaraq bəşər elminin və mədəniyyətinin inkişafına böyük töhfələr verdiyini qeyd edən nazir, eyni zamanda, Qafqaz Universitetləri Birliyinin regionun ali təhsil müəssisələri arasında əlaqələrin inkişafında mühüm rolunu vurğulamışdır.  

 Türkiyənin milli təhsil naziri Nabi Avcı Qafqaz Universitetləri Birliyinin fəaliyyəti barədə fikirlərini diqqətə çatdırmış, gənclərin ortaq proqramlar üzrə təhsilinin önəmli olduğunu xatırlatmışdır. 

Müasir dünyada təhsilin mühüm rolundan danışan türkiyəli nazir bu sahədə əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulamışdır. 

Türkiyənin Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya, Gürcüstanın elm və təhsil nazirinin müavini David Zurabişvili təhsilin inkişafı ilə bağlı fikirlərini bildirmiş, konqresin əhəmiyyətindən bəhs etmişlər.

 Türkiyənin Mövlanə təhsil proqramı barədə ətraflı məlumat verilmişdir.  

Müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın ayrı-ayrı ali təhsil müəssisələrinin Qafqaz Universitetləri Birliyinə üzv qəbul olunması ilə bağlı sənədlər imzalanmışdır.

Qafqaz Universitetləri Birliyinin sədri Ramazan Korkmaz bu qurumun fəaliyyətinin genişləndirilməsi ilə bağlı reallaşdırılan tədbirlərdən danışmış, Birliyə 12 ölkədən 58 universitetin üzv qəbul olunduğunu diqqətə çatdırmışdır.

Sonra universitetlər arasında əməkdaşlığın genişləndirilməsi üzrə müzakirələr aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında