Məleykə ABBASZADƏ: “Nəzərdə tutmuşuq ki, şagirdlər gələn ildən etibarən 3 fəndən buraxılış imtahanı versinlər”

 

 

 “Attestat qiymətlərinin reallığı əks etdirməsinə nail olduqdan sonra buraxılış imtahanlarında fənlərin sayını artırmaq olar. Biz nəzərdə tutmuşuq ki, gələn ildən buraxılış imtahanında 3 fənn olsun. Hazırda bunun hansı fəndən olacağı və necə formada aparılacağını deyə bilmərəm”.

 APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə buraxılış imtahanlarında fənlərin sayının artırılması və ya azaldılması barədə səslənən təkliflərə münasibət bildirərkən demişdir.

 Komissiya sədri bildirmişdir ki, bu ildən etibarən TQDK tərəfindən orta məktəb şagirdləri arasında monitorinq imtahanları keçirilib, gələn il də bu proses davam edəcək: “Hazırda bu istiqamətdə müvafiq araşdırma aparılır. Buraxılış imtahanlarında fənlərin sayı artırılarsa, o fənlərin sayı qəbul imtahanında azaldıla bilər. Düşünürük ki, məsələn, şagird buraxılış imtahanında ana dili və ya riyaziyyat fənnindən imtahan verirsə, onun nəticələri qəbul imtahanında nəzərə alınsın. Yəni, qəbul imtahanında abituriyentlər 5 fəndən imtahan verməsin. Nəticədə buraxılış və qəbul imtahanları arasında fərq azalsın. Bu istiqamətdə hələlik araşdırma aparılır. Təhsil eksperti olaraq bu mənim, sadəcə, elmi mülahizələrimdir”.

 M. Abbaszadə onu da bildirmişdir ki, qeyd etdiyi məsələlər həyata keçsə, qəbul imtahanları gələcəkdə yalnız əvvəlki illərin məzunları və müsabiqə vəziyyəti yüksək olan bəzi ixtisaslar üzrə keçirilə bilər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında