ABŞ-ın Nyu York şəhərində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi konfrans

 

 

ABŞ-ın Nyu York şəhərindəki Türk Mədəni Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilmişdir.

Bakı Dövlət Universitetindən (BDU) AzərTAc-a bildirmişlər ki, BDU-nun Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının professoru, tarix elmləri doktoru Xəqani Məmmədov da konfransın iştirakçıları arasında olmuşdur.

Tədbirdə, həmçinin Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin rəhbərliyi və əməkdaşları, bir sıra türkdilli ölkələrin BMT yanında daimi nümayəndəliyinin təmsilçiləri, Nyu York şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının üzvləri iştirak etmişlər. 

Konfransda Azərbaycan Respublikasının BMT yanında daimi   nümayəndəsi Aqşin Mehdiyev ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında və möhkəmlənməsində, daxili və xarici siyasət strategiyasının müəyyənləşdirilməsində misilsiz tarixi xidmətlərindən danışmışdır.

Ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Professor Xəqani Məmmədov “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir” mövzusunda məruzə etmişdir.

Məruzəçi bildirmişdir ki, ümummilli lider Heydər Əliyev istər keçmiş SSRİ dövründə, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən öz böyük xilaskarlıq missiyasını yerinə yetirmişdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan müdrik şəxsiyyət Heydər Əliyev qısa müddətdə Azərbaycanı düçar olduğu bəlalardan xilas etmiş, onu davamlı inkişaf yoluna çıxarmışdır. 

Dahi rəhbər Heydər Əliyev ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox uğurla həyata keçirildiyini vurğulayan  professor ölkəmizdə qazanılan bütün nailiyyətlərin ulu öndərin siyasətinin bəhrəsi olduğunu bildirmişdir. Vurğulamışdır ki, ümummilli lider Heydər Əliyev ideyaları əbədi yaşayacaqdır.

Nyu Yorkda fəaliyyət göstərən bu şəhərdə yaşayan azərbaycanlıları öz ətrafında birləşdirən diaspor təşkilatı olan “Azərbaycan  Nyu York Assosiasiyası”nın (ANA) mənzil qərargahında professor X.Məmmədovun BDU-nun dosenti Nuru Məmmədovun həmmüəllifliyi ilə nəşr olunmuş “Erməni iddiaları və azərbaycanlıların soyqırımı” kitabının təqdimatı keçirilmişdir.

Tədbirdə ANA-nın prezidenti Əli Nəsibov və digər çıxış edənlər ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları və apardıqları soyqırımı siyasətini ifşa edən bu kitabın əhəmiyyətini diqqətə çatdırmışlar.

Professor X.Məmmədov son iki əsrdə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri dəhşətli soyqırımı siyasəti barədə ətraflı məlumat vermiş, bu kitabı özünün müəllifi olduğu digər nəşrləri “Azərbaycan Nyu York Assosiasiyası”na hədiyyə etmişdir.

Ə.Nəsibov professor X.Məmmədova “Azərbaycan Nyu York Assosiasiyası”nın  diplom və medalını təqdim etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında