Azərbaycan Diplomatik Akademiyasında MADİA magistr proqramı üzrə məzunların buraxılış mərasimi keçirilmişdir

 

 

Mayın 17-də Azərbaycan Diplomatik Akademiyasının (ADA) MADİA magistr proqramının 2013-cü il məzunlarının buraxılış mərasimi keçirilmişdir.

Tədbirdə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini, ADA-nın rektoru, professor Hafiz Paşayev rəhbərlik etdiyi ali təhsil ocağı barədə məlumat vermiş, akademiyanın fəaliyyəti üçün davamlı dəstəyə görə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.

Hafiz Paşayev demişdir: “Bizim son məzunlarımız daha şanslıdırlar. Onlar bu tədris mərkəzinin açılışında burada idilər və hətta Prezident İlham Əliyevlə və Mehriban xanım Əliyeva ilə xatirə şəkli də çəkdirmişdilər. Biz cənab Prezidentə və Azərbaycanın birinci xanımına akademiyaya göstərdikləri diqqət və qayğıya görə minnətdarıq və ümid edirik ki, ADA bu etimadı doğruldacaqdır”.

Hafiz Paşayev MADİA proqramı barədə məlumat vermişdir. Bildirilmişdir ki, ADA təsis olunduğu vaxtdan bir çox layihələr həyata keçirməsinə baxmayaraq, MADİA proqramı xüsusi əhəmiyyətə malikdir.

Rektor vurğulamışdır: “Bu gün biz təkcə 28 tələbəni məzun etmirik. Biz, eyni zamanda, 28 qlobal lideri və məsuliyyətli vətəndaşı məzun edirik”.

Hafiz Paşayev demişdir: “Bizim ilk buraxılışımız 2011-ci ildə olmuşdur. Həmin məzunların 16-dan 15-i işlə təmin olunmuş, biri isə təhsilini davam etdirmişdir. MADİA-nın 2012-ci il proqramı üzrə təhsilini başa çatdırdıqdan sonra 14 məzun müxtəlif təşkilatlarda işlə təmin olunmuşdur. Bilirəm ki, MADİA-2013 də bu prosesin davamı olacaqdır. Çünki onların bəziləri hətta diplomlarını almadan işlə təmin olunmuşlar, digərləri isə sınaq müddəti keçirlər”.

Məzunlar arasında ABŞ, Ukrayna, Gürcüstan, Rusiya, Qambiya, Pakistan, Fici, Keniya və Argentina vətəndaşlarının olduğunu bildirən rektor onların akademiyada Beynəlxalq Təqaüd Proqramı əsasında təhsil aldıqlarını qeyd etmişdir.

Tədbirdə çıxış edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ölkəmizin təhsil sahəsində əldə olunan uğurlarından danışmışdır.

ADA-da təhsil almağın əhəmiyyətini vurğulayan nazir demişdir: “Düşünürəm ki, siz akademiyanın adında olan “diplomatik” sözünün əsl mənasını başa düşürsünüz”.

M.Cabbarov demişdir ki, Azərbaycanın çox böyük uğurlara imza atdığı bir dövrdə ölkə gənclərinin yüksək səviyyəli təhsil almaları mühüm məsələlərdən biridir. Azərbaycan əhalisinin çoxu gənclərdən ibarətdir və onlar ölkəmizin həyatında mühüm rol oynayırlar".

2013-cü il məzunları adından çıxış edən qambiyalı Ndey Haddi Cenq mükəmməl təhsilə görə ADA-nın rəhbərliyinə, o cümlədən professor-müəllim heyətinə təşəkkürünü bildirmişdir.

Sonda məzunlara diplomlar təqdim edilmişdir.

Tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, xarici ölkələrin səfirləri, elmi dairələrin nümayəndələri, tələbələrin yaxınları iştirak etmişlər.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında