ADİU-da ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Məzun-2013” VIII ümumrespublika yarmarkası keçirilmişdir

 

 

Mayın 17-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Məzun-2013" VIII ümumrespublika yarmarkası keçirilmişdir.

AzərTAc xəbər verir ki, müvafiq qurumların, o cümlədən Heydər Əliyev Fondunun nümayəndələrinin iştirak etdikləri açılış mərasimində ADİU-nun rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev siyasətinin əhəmiyyətindən danışmış, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırmışdır. 

Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən bəhs edən rektor Azərbaycanın çox sürətlə inkişaf etdiyini, elm və təhsilimizdə mühüm nailiyyətlər qazanıldığını  bildirmişdir.

2013-cü ildə ölkəmizdə prezident seçkilərinin keçiriləcəyini xatırladan professor Ş.Hacıyev bu seçkilərdə xalqın yenə də Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyini dəstəkləyəcəyinə əminliyini vurğulamışdır.

Rektor, eyni zamanda, “Məzun-2013” VIII ümumrespublika yarmarkasının əhəmiyyətini diqqətə çatdırmışdır.   

Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ölkəmizdə gənclərə, onların inkişafına göstərilən dövlət qayğısından danışmış, təhsil üzrə mühüm proqramların reallaşdırıldığını bildirmişdir.

Respublikamızda çoxlu sayda yeni iş yerlərinin açıldığını deyən Ə.Əhmədov bunun iqtisadi inkişafın mühüm göstəricilərindən biri olduğunu xatırlatmışdır.

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və   parlamentin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda qazanılan bütün nailiyyətlərin dahi rəhbər Heydər Əliyev və Prezident İlham Əliyev siyasətinin bəhrəsi olduğunu diqqətə çatdırmışlar. 

Çıxış edən məzunlar “Məzun-2013” VIII ümumrespublika yarmarkasının təşkilatçılarına təşəkkürlərini bildirmişlər.

Builki “Məzun-2013” VIII ümumrespublika yarmarkasında  111 nazirlik, komitə, bank və şirkət iştirak edir (2006-cı ildə ADİU tərəfindən ilk dəfə keçirilən məzun yarmarkasında 24 bank və 340 məzun iştirak etmişdir). Yeddi ölkənin, o cümlədən Azərbaycan, Türkiyə, Almaniya, Yaponiya, Rusiyanın 52 təhsil müəssisəsinin 2 mindən artıq məzunu qeydiyyatdan keçmişdir. Təqdim olunan vakansiyaların sayı 1100-dən çoxdur.

“Məzun-2013” VIII ümumrespublika yarmarkasında 1000-ə yaxın gəncin işlə təmin olunması nəzərdə tutulur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında