Professor Nizami Cəfərovun “Açıq məktublar” kitabı çapdan çıxmışdır

 

 

Tanınmış alim və ictimai xadim, professor Nizami Cəfərovun “Elm və təhsil” nəşriyyatı tərəfindən çap edilmiş “Açıq məktublar” kitabında bir çox ünlü simalara ünvanlanmış məktublar toplanmışdır.

AzərTAc xəbər verir ki, kitabda müəllifin müxtəlif illərdə elm, mədəniyyət və sənət xadimlərinə ünvanladığı 20-dək məktub yer almışdır.

Professor Rüstəm Kamalın təbirincə deyilərsə, Nizami Cəfərov açıq məktublarında fərqli statuslarda - türkoloq (“Akademik Mirfatıx Zəkiyevə aşıq məktub”), ədəbiyyatşünas və tənqidçi (“Vidadi Babanlıya açıq məktub”, “Yazıçı Afaq Məsuda açıq məktub”), dilçi (“Professor Qəzənfər Kazımova açıq məktub”), tarixçi (“ Akademik İqrar Əliyevə açıq məktub”) çıxış edir. Açıq, bəzən də sərt polemikaya girir, ciddi söhbətdən çəkinmir.

Kitabdakı digər məktublar - yazıçı İsa Hüseynova, yazıçı Elçinə, şairlər Zəlimxan Yaquba, Vaqif Səmədoğluna, professor Yəhya Kərimova, akademiklər Ağamusa Axundova, Vasim Məmmədəliyevə və başqalarına ünvanlanmış məktublar da maraq doğurur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında