Sumqayıtda ümumrespublika kitab bayramı

 

 

Sayca 6-cı olan ənənəvi kitab bayramı ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmişdir.

Dünya şöhrətli siyasətçi, unudulmaz dahi şəxsiyyət Heydər Əliyev mütaliəni çox sevər, kitabxanaların fəaliyyətinə böyük diqqət yetirərdi. Ulu öndər kitabxanaları xalq, millət üçün müqəddəs bir yer, bilik və zəka mənbəyi adlandırmışdır.

Kitab bayramı münasibətlə Sumqayıtda ümummilli liderinin möhtəşəm abidə kompleksinin ətrafı al-əlvan bəzədilmiş, xüsusi guşələr, sərgi-vitrinlər düzəldilmişdi. Geniş ictimaiyyətin, ziyalıların, KİV nümayəndələrinin iştirakı ilə təşkil olunmuş tədbir bir daha göstərdi ki, sumqayıtlılar kitab bayramını səbirsizliklə gözləmiş, ona ciddi hazırlaşmışdılar.

Naşirlər və kitabxanalarla oxucuların əlaqələrinin qurulmasında, yeni kitabların təbliğində və gənclərin mütaliəyə geniş cəlb edilməsində belə tədbirlərin böyük önəm daşıması dönə-dönə vurğulandı. Qeyd edildi ki, hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyev də ulu öndərin qoyduğu ənənəyə sadiq qalaraq vətəndaşlarımızın kitabla dostluğunu möhkəmləndirmək üçün zəruri addımlar atır. Son illər latın qrafikalı əlifba ilə çap olunan nəşrlərin sayının artırılması, kitabxanaların pulsuz kitablarla təmin edilməsi, dərsliklərin məktəblərə ödənişsiz paylanması bu siyasətin məntiqi nəticəsidir.

Ənənəvi kitab bayramına qatılan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tədbir iştirakçılarını təbrik edərək onlara xoş arzularını çadırdı. Sonra şəhərin rəsmiləri satış-sərgi ilə yaxından tanış oldular. Burada Sumqayıt Mərkəzləşdirilmiş Kitabxana  Sistemi 15 adda sərgi təşkil etmişdi. Ümumilikdə 5 minə qədər ədəbiyyatın nümayişi və satışı həyata keçirilmişdi. Kitab bayramında şəhərin təhsil və səhiyyə şöbələri, “Məktəbli”, “Əli və Nino” kitab evləri, “Bilik” kitab mağazası və nəşriyyatı, “Zərdabi” və “Qələm” nəşriyyatları, “Akademkitab” və “Bukinist” mağazaları öz sərgiləri ilə oxucuların görüşünə gəlmişdilər.

Sərgidə dahi rəhbər Heydər Əliyevin mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz, iqtisadiyyatımız, dövlətçiliyimizin möhkəmləndirilməsi ilə bağlı gördüyü işlərə həsr olunmuş kitablara xüsusi yer ayrılmışdı. Nəfis şəkildə çap olunmuş bi nəşrləri iştirakçılar maraqla qarşıladılar.

Sumqayıt Şəhər İcra hakimiyyətinin başçısına xatirə olaraq kitablar hədiyyə edildi. Milli geyimli oğlan və qızlar tədbirdə ulu öndərə, doğma vətəninizə həsr olunmuş şeirlər oxudular, mahnı və rəqslər ifa elədilər. Dahi Nizaminin, eləcə də digər klassiklərin əsərlərindən kiçik səhnələr göstərildi.

Sumqayıtda VI Ümumrespublika Kitab bayramı yüksək mütəşəkkilliklə keçdi və iştirakçılarda xoş  təəssürat yaratdı.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri

(foto M.QULİYEVİNDİR) 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında