LDU-da elmi konfrans

 

 

Lənkəran Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş  “Müasir elmin aktual problemləri” mövzusunda respublika elmi konfransı keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə ulu öndərin büstünün önünə gül-çiçək dəstələri düzmüşlər.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Lənkəran Dövlət Universiteti və AMEA Lənkəran Regional Elm Mərkəzinin birgə keçirdiyi konfransı universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov açaraq iştirakçılara elmi tədbirin məqsəd və vəzifələrindən danışmış, önlara uğurlar arzulamışdır.

Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında videofilm nümayiş etdirilmişdir.

Plenar iclasda professor Asəf İsgəndərov “Heydər Əliyev siyasətinin uğurlu davamı” mövzusunda məruzə edərək LDU-nun ümummilli lider Heydər Əliyevin həmişə diqqət mərkəzində olduğunu bildirdi. Ulu öndərin “Lənkəran Dövlət Universiteti təhsil və elm ocağı olmaqla, həm də bölgənin böyük mədəniyyət mərkəzidir”, – sözlərini rəhbər tutan universitetin kollektivi uğurlarını ildən-ilə artırır.  Burada 2000-ə yaxın tələbə təhsil alır. LDU-da Heydər Əliyev Muzeyi və İdarəçilik Məktəbi fəaliyyət göstərir.

Konfrans “Təbiət elmləri”, “Humanitar elmlər”, “İqtisadiyyat və idarəetmə” bölmələrində davam etdirilmişdir.

Bölmələrdə müxtəlif mövzularda 170-dən  çox məruzə dinlənilmişdir.

Müasir elmin aktual problemlərindən danışan natiqlər elm və təhsil sahəsində qazanılan uğurların ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu vurğuladılar. Konfransda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş ən yaxşı yazı müsabiqəsinə yekun vurulmuşdur. Müsabiqənin qalibləri mükafatlandırılmışlar. Sonra universitet bədii öz fəaliyyət kollektivinin ifasında maraqlı konsert proqramı təqdim olundu.  İki gün davam edən elmi konfransda respublikanın müxtəlif ali məktəblərinin, qonşu rayonların elm, təhsil müəssisələrinin və Lənkəran ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Əli NƏCƏFXANLI,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında