Zaqatalada regional elmi-praktik konfrans

 

 

Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialında  ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr edilmiş “Əlavə təhsildə yeni model və mexanizmlərin tətbiqində informasiya -kommunikasiya texnologiyalarından istifadə” mövzusunda   regional elmi - praktik konfrans  keçirildi.

Tədbirdə Zaqatala  Rayon İcra Hakimiyyəti Aparatının bir sıra  məsul işçiləri, rayon təhsil şöbəsinin müdiri, YAP rayon təşkilatının sədri Habil Qurbanov, Qax, Balakən və Zaqatala rayonlarının qabaqcıl müəllimləri və ictimaiyyət nümayəndələri də iştirak edirdilər.

Tədbiri giriş sözü ilə  filialın  direktoru, fizika - riyaziyyat  elmləri doktoru,  professor Orucəli Rzayev açaraq qeyd etdi ki,  Heydər Əliyevin apardığı  geniş strateji islahatlar  nəticəsində Azərbaycan elminin və təhsilinin inkişafında yeni yollar açıldı, ali məktəblərin fəaliyyəti yeni dövrün tələbləri səviyyəsində quruldu. Ali məktəblərdə  təhsilin keyfiyyətinin yüksəldilməsinin əsas istiqamətlərindən biri də informasiya texnologiyalarının tətbiqidir.

Qeyd olundu ki, dövlət başçısı İlham  Əliyevin 2008-ci il 10 iyun tarixində imzaladığı  “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı ” müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi yolu ilə  vahid ümummilli təhsil sisteminin yaradılması məqsədinə  xidmət etmişdir.

Daha sonra rayon təhsil şöbəsinin müdiri Habil Qurbanov “Zaqatala təhsili islahat yollarında ”, Balakən RTŞ-nin metodkabinetin müdiri Məryəm Qarayeva “Təhsil millətin gələcəyidir” adlı maraqlı məruzələr ilə çıxış etdilər. Sonra filialın tədris və elmi işlər üzrə direktor müavini, fəlsəfə doktoru Füzuli Səddinov “Ucqar kənd  yerlərinin pedaqoji kadrlarla təminatı, imtiyazlar, kompensasiyalar” mövzusunda çıxış etdi.

Konfransın gedişi “Əlavə təhsildə yeni təlim texnologiyalarının tətbiqində İKT-nin rolu” və “Əlavə təhsildə kompyuter texnikası əsasında qurulan yeni informasiya  texnologiyalarının  mənimsənilməsi yolları” adı altında iki bölmə üzrə aparıldı. “Əlavə təhsildə yeni təlim texnologiyalarının tətbiqində İKT-nin rolu” bölməsi filialın  əlavə təhsil üzrə direktor müavini Lalə Qurbanovanın sədrliyi ilə, “Əlavə təhsildə kompyuter texnikası əsasında qurulan yeni informasiya  texnologiyalarının  mənimsənilməsi yolları” bölməsi isə filialın tədris və elmi işlər üzrə direktor müavini, fəlsəfə doktoru Füzuli Səddinovun sədrliyi ilə aparıldı.

Tədbirdə Qax və Balakən rayonlarından olan qabaqcıl müəllimlər öz məruzələri ilə çıxış etdilər. Qax rayonu 4 saylı məktəbin informatika müəllimi Rübayil Əfəndiyevanın “İnteraktiv təlimin xüsusiyyətləri, mexanizmləri  və üstünlükləri” adlı  məruzəsi diqqəti cəlb etdi. Bundan başqa, Qax rayon 5 saylı  orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Sevda Abidova, Nərminə Abdullayeva, Mehriban Kazımova və digər müəllimlər maraqlı məruzələrlə çıxış etdilər.

Tədbirin sonunda konfransda iştirak edən müəllimlərin bir qrupu fəxri fərmanlarla mükafatlandırıldı.

İlqar HƏSƏNOV,

 “Xalq qəzeti”nin  bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında