Respublika Elmi-Texniki Kitabxanasında ulu öndərin yubileyi münasibətilə tədbir keçirildi

 

 

Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır.

 Bu il ulu öndərin anadan olmasının 90 ili tamam olur. Bu münasibətlə respublikamızın hər yerində olduğu kimi Azərbaycan Respublikası Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Respublika Elmi-Texniki Kitabxanasında da Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə bağlı yubiley tədbiri keçirilmişdir. Tədbirdə Komitənin aparat rəhbəri Elçin Quliyev, İşlər idarəsinin müdiri Natiq Vəliyev, Bakı Dövlət Universitetinin müəllim-tələbə kollektivinin nümayəndələri, oxucular və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Respublika Elmi-Tədqiqat Kitabxanasının direktoru İradə Musayeva ümummilli lider Heydər Əliyevin ömür yolu və Azərbaycan xalqı və dövlətçiliyi naminə gördüyü böyük işlər haqqında geniş məlumat vermişdir. O, qeyd etmişdir ki, Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın tarixində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar paytaxtımızın, şəhər və rayonlarımızın daim yeniləşən görkəmində, iqtisadiyyat və elmdə, təhsil, səhiyyə, mədəniyyətdə, o cümlədən kitabxanaçılıq sahəsində də öz əksini tapıb.

Müstəqilliyimizin ilk illərində məhz Heydər Əliyevin yorulmaz və ardıcıl fəaliyyəti nəticəsində mədəniyyətimizin mühüm sahələrindən biri olan kitabxana işi sahəsində olduqca ciddi tədbirlər həyata keçirildi. Hər şeydən əvvəl kəskin maliyyə çətinliyinə baxmayaraq kitabxana şəbəkəsi qorunub saxlanıldı. Bu gün fəxrlə demək olar ki, Azərbaycan MDB ölkələri içərisində dövlət kitabxana şəbəkəsini qoruyub saxlayan, kitabxana müəssisələrinin özəlləşdirilməsinin qarşısını alan yeganə respublikadır.

Böyük öndər Heydər Əliyev kitabxananın “xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyi” adlandırmışdır. Fərəhləndirici haldır ki, kitabxana işi haqqında bir çox sərəncamlar və dövlət qərarları verilmiş, 1999-cu ildə Milli Məclis tərəfindən “Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanunu” qəbul edilmişdir. Həmin qanunun böyük öndərimiz tərəfindən imzalanması mədəniyyətimizin bu mühüm sahəsinə böyük dövlət qayğısının təzahürüdür.

 Giriş sözündən sonra Azərbaycan Respublikası Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin aparat rəhbəri Elçin Quliyev, İşlər İdarəsinin müdiri Natiq Vəliyev, Kitabxana Həmkarlar Komitəsinin sədri Azadə Orucova, Azərbaycan Milli Elmlər Akademiyasının dissertantı İradə Əliyeva da çıxış etdilər. Natiqlər öz çıxışlarında dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixindəki müstəsna yerindən və xalqımızın milli irsinə verdiyi töhfələrdən bəhs etdilər. Xüsusilə vurğuladılar ki, Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin layiqli davamçısı kimi kitabxanaçılığın inkişafı naminə onun həyata keçirtdiyi böyük işləri bu gün də əzmlə davam etdirir.  İllər, əsrlər keçəcək, ancaq Azərbaycan tarixinin Heydər Əliyev dövrü tariximizin ən parlaq səhifələrindən biri kimi qalacaq.

İradə ZÜLFƏLİQIZI 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında