Professor Timuçin Əfəndiyevin “Heydər Əliyev: mədəniyyət və əbədiyyət” kitabı nəşr olunmuşdur

 

 

Ümummilli lider Heydər Əliyevin siyasi, dövlətçilik, diplomatik və iqtisadiyyat sahəsindəki  fəaliyyətini əks etdirən yeni-yeni tədqiqat əsərləri yazılır.

Onun tarixi fəaliyyətinin əsas istiqamətlərindən biri də  mədəniyyət və incəsənətimizin tərəqqisi ilə bağlıdır. Ulu öndər  Azərbaycan  mədəniyyətinin  və incəsənətinin böyük hamisi idi. Təsadüfi deyildir ki, Azərbaycan mədəniyyətinin hərtərəfli inkişafında və onun zəngin mənəvi-mədəni irsinin dünyaya çatdırılmasında ümummilli lider Heydər Əliyev çox böyük rol oynamışdır və bu fəaliyyət respublikanın gələcək mənəvi-siyasi həyatı üçün örnək və mədəni irsə münasibətdə siyasətin konsepsiyasının yaranması baxımından mühüm əhəmiyyətə malikdir.

Bu baxımdan Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevin “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz” monoqrafiyası və bu günlərdə çapdan çıxmış “Heydər Əliyev: mədəniyyət və əbədiyyət” kitabı böyük əhəmiyyət kəsb edir.

Dahi ictimai-siyasi xadim, ulu öndər  Heydər Əliyevin mədəniyyət tariximizdəki misilsiz xidmətlərindən bəhs edən fotomonoqrafiya dahi liderin anadan olmasının 90 illiyinə həsr edilmişdir. Kitabda mətnin və şəkillərin vəhdəti əsasında ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənətimizin tarixindəki xidmətləri əksini tapmışdır.

Fotomonoqrafiya ulu öndər Heydər Əliyevin çoxcəhətli mədəniyyət nəzəriyyəsinin təbliğinə həsr olunmuşdur. Ümummilli lider istər çoxəsrlik zəngin ədəbiyyatımız, istərsə də qədim və bədii cəhətdən kamil mədəniyyət və incəsənətimizin ayrı-ayrı sahələrindən bəhs edərkən bütün bunlara dövlətçilik nöqteyi-nəzərindən, azərbaycançılıq fəlsəfəsinin məxəzləri kimi  yanaşmışdır.

Kitabda ulu öndərin bu sahədə aşağıdakı  fikirləri yer almışdır: “Ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə yeni yollar, yeni cığırlar açırlar, yeni formalar meydana gətirirlər”.

Məlum olduğu kimi, XX əsrdə Azərbaycan mədəniyyətinin bütün sahələrinin sürətli inkişafı, geniş miqyasda təbliği və böyük nailiyyətləri bilavasitə ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərinin nəticəsi idi. Onun rəhbərliyi ilə  ötən əsrin 70-80-ci illərində, xüsusən sonrakı dövrdə mədəni və ədəbi irsimizə, təsviri sənətə, teatra qayğı xeyli dərəcədə artmışdır.

Təqdim  olunan fotomonoqrafiya 1969-cu ildən sonrakı dövrdə - Heydər Əliyev epoxasında yaşayan mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığına  ulu öndərin göstərdiyi diqqət və qayğı ön plana  çəkilir, ümummilli liderin mədəniyyətimizin böyük hamisi olması fikri əsaslandırılır.

“Heydər Əliyev: mədəniyyət və əbədiyyət” kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında