Ulu öndərin yubileyi ilə bağlı beynəlxalq elmi-praktik konfrans

 

 

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu rəhbərliyinin və institutda fəaliyyət göstərən Heydər Əliyev Məktəbinin təşkilatçılığı  ilə ulu öndər Heydər Əliyevin  anadan olmasının 90 - cı ildönümünə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabana gedərək ulu öndərin məzarını ziyarət etmiş  və abidəsi önünə əklil qoymuşlar. Sonra konfrans institutun akt zalında öz işinə başlamışdır.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, professor İlham Məmmədzadə bildirmişdir ki, Azərbaycan xalqının bütün  tarixi  ərzində yetişdirdiyi  ən böyük  şəxsiyyətlərdən biri, görkəmli dövlət xadimi,  məşhur  siyasətçi,  müstəqil dövlətçiliyimizin  qurucusu  və  xilaskarı Heydər Əliyevin  anadan olmasının 90 illik  yubileyinə həsr  olunmuş bu beynəlxalq  elmi-praktik  konfransda  AMEA-nın  əməkdaşları ilə yanaşı, respublikanın  digər  qurumlarını  təmsil edən  nümayənədələr,  habelə bir sıra  xarici ölkələrdən gəlmiş  alim və  mütəxəssislər  də  iştirak  edirlər.  Onlar çıxış  edərək  ulu öndərin  şəxsiyyəti, həyat və  fəaliyyəti, xüsusən  Azərbaycanın  dövlət  müstəqilliyinin  qorunub saxlanması sahəsində  gördüyü  misilsiz  işlər barədə  ürək sözlərini  deyəcəklər.

Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti Aleksandr Nikolayeviç Cumakov (Moskva), Arif Asalıoğlu (Türkiyə), Valentina Qavrilovna Fedotova,  Nadejda Nikolayevna Fedotova (Moskva) və başqaları ümummilli lider Heydər  Əliyevlə bağlı ürək sözlərini, xatirələrini dilə gətirdilər və onun Azərbaycan dövlətçiliyinin  qorunub saxlanması  və inkişaf  etdirilməsi sahəsindəki böyük  rolundan danışdılar.

Konfransda ulu öndərin zəngin və çoxşaxəli siyasi-dövlətçilik fəaliyyətini əks etdirən mövzular ətrafında bir sıra alim- tədqiqatçılar, o cümlədən institut direktorunun müavini, hüquq elmləri doktoru, professor Bəhram Zahidov, şöbə  müdirləri Füzuli Qurbanov, İsaxan Vəliyev, Adil Əsədov, Mirağa Cəfərquliyev, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehti Səlimzadə, institutda fəaliyyət göstərən Heydər Əliyev Məktəbinin təşkilatçılarından Azər Mustafayev, Sənan Həsənov və  başqaları çıxış etmiş, ulu öndərin son əlli ildəki dövlətçilik  fəaliyyətinə dair öz fikir və mülahizələrini söyləmişlər.

Natiqlər  Azərbaycanın müasir dünyada gedən siyasi proseslərin aktoru kimi çıxış etməsini fəxrlə bildirmişlər.  Qeyd olunmuşdur ki, Heydər Əliyev Məktəbinin institutda fəaliyyət göstərdiyi 2006-2013-cü illər ərzində həyata keçirilən 7 böyük  ümumrespublika layihəsinin ulu öndərin fəaliyyətinin bir sıra istiqamətlərini əhatə etməsi və geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanması bu irsin öyrənilməsinə dəyərli töhfə kimi qiymətləndirilə bilər.

Konfransın işi kütləvi informasiya vasitələrinin marağına səbəb olmuş və qərara alınmışdır ki, ulu öndərin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş konfrans materiallarının çap olunması  institutun Elmi Şurasına məsləhət görülsün.

Q.PİRİYEV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında