“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin 44-cü cildi çapdan çıxmışdır

 

 

“Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri təkcə iqtisadi xarakter daşımır. O, eyni zamanda, Qafqazda, xüsusən Cənubi Qafqazda, Türkiyədə təhlükəsizliyi və sabitliyi təmin etmək üçün əsas vasitələrdən biridir.

Təəssüflər olsun ki, bizim regionda hələ tam sabitlikdən danışmaq mümkün deyildir. Çünki münaqişələr var:  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, yaxud gürcü-abxaz münaqişəsi, yaxud bizdən şimalda - Çeçenistanda gedən hadisələr. Bunlar hamısı Qafqazda çox mürəkkəb siyasi-iqtisadi vəziyyət yaradıbdır. Ona görə də biz Azərbaycanda yeni neft strategiyasını həyata keçirərək, bu nailiyyətləri əldə edərək, iqtisadiyyatı inkişaf etdirərək çalışırıq ki, ölkəmizdə sabitliyi möhkəmləndirək və eləcə də münaqişənin aradan qaldırılmasına müəyyən imkanlar yaradaq...

...Azərbaycanın yeni neft strategiyası, onun qarşıya qoyduğu məsələlər, Azərbaycanın iqtisadiyyatı və bunun gələcəyi, demokratik, hüquqi, dünyəvi dövlət kimi ilbəil inkişaf etməsi, bazar iqtisadiyyatı ilə irəliləməsi - bunlar hamısı bizim əsas prinsiplərimizdir. Həmin prinsiplərimizdən biz istifadə edərək, ölkəmizin inkişafı ilə məşğuluq. Bu layihələrdə də biz həm Amerika Birləşmiş Ştatları ilə çox sıx əməkdaşlıq edirik, həm də Avropanın bir çox ölkələri və onların neft şirkətləri ilə əməkdaşlıq edirik və bunu gələcəkdə də davam etdirəcəyik". 

AzərTAc xəbər verir ki, bu sətirlər  ulu öndərin anadan olmasının 90 illik yubileyi ərəfəsində “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin “Azərnəşr” tərəfindən yenicə çapdan buraxılmış 44-cü cildindən - ümummilli lider Heydər Əliyevin 2003-cü il fevralın 25-də ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilmiş “Şərq-Qərb enerji dəhlizi reallıqdır” mövzusunda beynəlxalq konfransdakı nitqindən götürülmüşdür.

Nəşrin buraxılışına məsul Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çoxcildlik əsərlərinin oxuculara təqdim olunan bu cildində ulu öndərin Azərbaycanın ölkədaxili siyasətinə, beynəlxalq əlaqələrinə və münasibətlərinə dair çıxışları, nitqləri, eləcə də ölkəmizə səfər etmiş Rusiya, ABŞ, Yunanıstan, Çin və İranın nüfuzlu dairələrinin nümayəndələri ilə apardığı danışıqları dərc olunmuşdur.

Kitabda, həmçinin ulu öndərin ABŞ-a işgüzar səfəri zamanı prezident Corc Buş və digər yüksək vəzifəli şəxslərlə görüşlərdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, beynəlxalq terrorizmə qarşı birgə mübarizə, Xəzərin karbohidrogen ehtiyatlarının işlənilməsi və nəqli ilə bağlı məsələlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və digər məsələlərə dair materiallar, ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilmiş “Şərq-Qərb enerji dəhlizi reallıqdır” mövzusunda beynəlxalq konfransdakı nitqi, mətbuat orqanlarına verdiyi bəyanat və müsahibələri toplanmışdır.

Kitabda əks olunan rəsmi sənədlər, çıxışlar, müsahibələr, fərmanlar, müraciətlər, bəyanatlar, məktublar, məruzələr 2003-cü ilin fevralından mayınadək olan dövrü əhatə edir.

“Azərnəşr” tərəfindən çap olunan çoxcildliyin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) materiallarından istifadə edilmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında