Məktəblilər ümummilli lider Heydər Əliyevin yubileyini qeyd etdilər

 

 

Dünən Bakının Səbail rayonundakı 51 nömrəli məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi, 10 may - gül bayramı və baharın gəlişi münasibətilə ədəbi-bədii gecə keçirildi. Tədbir ulu öndərin həyat və fəaliyyətini əks etdirən slaydın təqdimatı ilə başaldı.

Sonra 2a sinif şagirdlərinin ifasında xalqımızın müstəqilliyinin möhkəmləndirilməsində misilsiz rol oynayan, Azərbaycanı parçalanmaq təhlükəsindən qurtaran dahi rəhbərimiz Heydər Əliyevə həsr edilən şeirlər söylədilər, mahnılar öxudular. İfa olunan ədəbi-bədii nümunələrdə ümummilli liderin sədaqətli ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın da xatirəsi anıldı, ona həsr olunmuş şeirlər səsləndirildi. Züleyxa Əliyevanın söylədiyi Zəlimxan Yaqubun “O həyatı sevirdi” şeiri salona toplaşanlarda xoş ovqat yaratdı.  Bir-birindən rəngarəng mahnı və rəqs nümunələri, məktəblilərin hazırladıqları səhnəciklər toplaşanlar tərəfindən gurultulu alqışlarla qarşılandı.

Tədbirin sonunda məktəbin direktoru Lətafət Səmədova bildirdi ki, bu günlər hər yerdə olduğu kimi, 51 nömrəli məktəbdə də Heydər Əliyevin xatirəsi hörmət və ehtiramla yad edilir. Məktəbdə Heydər Əliyev lektoriyası fəaliyyət göstərir. Onun həyat və fəaliyyətini əks etdirən stend hazırlanmış, bütün siniflərdə anım mərasimləri keçirilmişdir. Təhsilimizin bugünkü inkişafına, əldə edilən uğurlara görə məhz Heydər Əliyevə borcluyuq. Azərbaycan xalqının bəxti bir də onda gətirib ki, Heydər Əliyev ideyalarını yaşadan, inkişaf etdirən İlham Əliyev kimi Prezidenti var. Çıxışının sonunda məktəbin direktoru 2 a sinfinin rəhbəri Səkinə İbadovaya, tədbirin yüksək səviyyədə keçirilməsində zəhməti olan bütün pedaqoji kollektivə, valideyinlərə təşəkkürünü bildirdi.

Qabil YUSİFOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında