“Heydər Əliyev milli iftixarımızdır”

 

 

 

 

Ölkəmizin  hər yerində olduğu kimi, bu günlər təhsil müəssisələrində də ulu öndərin xatirəsi hörmət və məhəbbətlə yad edilir. Elə Bakı Humanitar Kollecində də əlamətdar yubiley münasibəti ilə  ümummilli liderin həyat və yaradıcılığına həsr olumuş silsilə tədbirlər keçirilmişdir. Həmin mərasimlərdə bu böyük dahi şəxsiyyətin milli  təhsilimizin, mədəniyyətimizin inkişafındakı əvəzsiz xidmətlərindən  ətraflı  söhbət açılmışdır. Bu tədbirlərin miqyası  genişdir. Buraya  yubileylə bağlı  seminar-müşavirə, rəsm sərgisi, dəyirmi masa, ulu öndərlə bağlı  bədii kompozisiyalar, şeir, inşa yazı müsabiqələri və sair tədbirlər aiddir.

      “Azərbaycan təhsilinin inkişafında Heydər Əiyev mərhələsi” mövzusunda keçirilən  dəyirmi masa  ətrafına toplaşan kollecin  müəllim və tələbələri milli təhsilimizin inkişafında  Heydər Əliyevin  xidmətlərindən  danışmışlar. İştirakçılar çıxışlarında bildirmişlər ki, ulu  öndər  Azərbaycanın Təhsil İslahat Proqramının banisidir.  Bu dahi şəxsiyyətin  təşəbbüsü ilə yaradılan təhsil islahat  komissiyası az vaxt ərzində  İslahat Proqramını hazırlamış və 1999-cu il iyun ayının 15-də  Prezident Heydər Əliyevin  sərəncamı ilə təsdiq olunmuşdur. Ölkədə  təhsil islahatları mərhələlərlə davam etmiş və bu  günlər də  bu sahədə  ulu öndərin   ideyaları  uğurla  həyata keçirilir.

Kollecdə  ulu öndərə həsr olunan “Heydər Əliyevin tarixdə qoyduğu iz” mövzusunda  inşa-yazı müsabiqəsinə, eləcə də müxtəlif idman yarışlarına şagirdlər böyük həvəslə  qoşulmuş,  qaliblər  müxtəlif hədiyyələrlə mükafatlandırılmışlar.

    Yubiley münasibətilə  Azərbaycan Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin kollecin kollektivi qarşısında böyük konsert proqramı ilə  çıxış etməsi də yaddaqalan hadisəyə çevrilmişdir.

“Heydər Əliyev milli iftixarımızdır”  mövzusunda  kollecdə  keçirilən ədəbi-bədii  kompozisiyada  məktəbin  müəllim və  tələbələri  böyük həvəslə iştirak etmişlər. May ayının 6-da keçirilən tədbiri  giriş sözü ilə  kollecin direktoru İlqar Mahmudov açmışdır. Natiq bildirmişdir ki, ulu  öndər  Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsində  böyük  xidmətləri olan  nadir  tarıxı şəxsiyyətdir. İstər  sovetlər birliyi, istərsə də müstəqillik illərində ulu öndər Azərbaycanı  həmişə  ciddi təhlükələrdən qorumuş, ölkəmizi  islahatlar yoluna çıxarmışdır. Məhz bu islahatların nəticəsidir ki, Azərbaycan müstəqillik illərində  möhkəmləndi, Cənubi Qafqazda  lider dövlətə çevrildi.

Ulu ödərin ölməz ideyalarını  davamlı olaraq həyata  keçirən  cənab Prezident İlham Əliyev Azərbaycanı əsl mənada  islahatlar ölkəsinə çevirdi. İndi düyanın hər yerində  Azərbaycanı tanıyır və onunla  hesablaşırlar. Milli-mənəvi dəyərlərimiz dünyaya inteqrasiya  olunur, xarici ölkələrlə  təhsil əlaqələrimiz ildən-ilə genişlənir.

Sonra  kompozisiyanın rejissoru  Dəvəliməhəmməd  Zülfiyyə, kollecin psixologiya müəllimi  Simuzər Qafarova  və tarix müəllimi  Nüşabə  Cəfərova çıxış edərək Azərbaycan  mədəniyyətinin  qorunub saxlanılmasında Heydər Əlyevin misilsiz  xidmətlərindən danışdılar.

Tədbirin sonunda tələbələrin hazırladığı  ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında