Sumqayıt məktəblilərinin hərbi paradı

 

 

Müstəqil  Azərbaycan dövlətinin banisi  Heydər Əliyev dövlətçiliyin  əsas  atributlarından biri kimi  Milli  Ordu quruculuğuna  çox  böyük diqqət yetirmiş,  hər kəsin  bu  sahəyə  qayğı  və həssaslıqla yanaşmasını  tövsiyə  etmişdir.

Ulu öndərin tövsiyələrinə  uyğun olaraq  gənclər  arasında  milli  orduya  sevgi və inamı  artırmaq, gələcəyin nümunəvi  əsgər  və zabitlərini yetişdirmək  məqsədilə  Sumqayıt  məktəblərində  şagirdlərin  hərbi-vətənpərvərlik  tərbiyəsi  işinə  xüsusi önəm  verilir,  müxtəlif  idman oyunları, yarışlar təşkil olunur. Üçüncü  ildir ki,  şəhər  rəhbərliyinin tövsiyəsilə  məktəblilərin  hərbi  paradı  keçirilir.  Bu  tədbir  şagirdlərin   milli-mənəvi  dəyərlərə bağlılığında, hərbi vərdişlərə yiyələnməsində, həmçinin fiziki  cəhətdən  sağlam böyüməsində  müstəsna əhəmiyyət   kəsb edir.

Mayın 7-də  ulu öndərin  abidəsi  önündə təşkil olunmuş  paradda  Sumqayıt  şəhərinin  ayrı-ayrı   məktəblərini  təmsil  edən “Şahin”  komandaları,   ibtidai  siniflərdə  təhsil alan  balaca  hərbçilər,  bir sözlə,  3 mindən çox  məktəbli iştirak  etmişdir.   Paradda  yuxarı sinif  şagirdləri ilə yanaşı,   milli ordunun “N” saylı  hissəsinin hərbi texnikası ilə  əsgərlər,  hərbi  orkestr,   texniki  yaradıcılıqıla  məşğul  olan  uşaqların  düzəltdikləri  tank və  digər  zirehli tenika  maketləri ilə ulu öndərin  abidəsi önündən keçmişlər.  Azərbaycanın dövlət quruculuğu  tarixində  müstəsna  rolu olmuş  “Difai”  təşkilatını  tərənnüm  edən  20  atlıdan ibarət  süvari  dəstəsi  də parada  qoşulmuşdu. Paradı şəhər  rəhbərliyi  başda olmaqla  10  minlərlə sakin  izləmişdir. Parad iştirakçılarının  abidə önündən  keçəndən sonra şəhərin  küçələri boyunca  müxtəlif  istiqamətlərdə  hərəkət etməsi şəhər  ictimaiyyətində böyük  ruh  yüksəkliyi yaratmışdır.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında