“Ali Attestasiya Komissiyası: tarix, inkişaf yolu, müasirlik” mövzusunda konfrans keçirilmişdir

 

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı mayın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən “Ali Attestasiya Komissiyası: tarix, inkişaf yolu, müasirlik” mövzusunda konfrans keçirilmişdir.

Əvvəlcə konfrans iştirakçıları Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.  

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunmuş,  məzarı üzərinə gül dəstələri düzülmüşdür.

Sonra ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş kitablardan, dissertasiyaların avtoreferatlarından ibarət sərgi ilə tanışlıq olmuşdur.

 Konfransın əvvəlində ulu öndərin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilmişdir.

AAK-ın sədri, akademik Arif Mehdiyev “Dahiliyin Heydər Əliyev zirvəsi” mövzusunda məruzə etmişdir.

Məruzədə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin ölkəmizin inkişafı, tərəqqisi naminə əvəzsiz xidmətlərindən söhbət açılmışdır. Qeyd olunmuşdur ki,  dahi siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə, o cümlədən müstəqilliyin əldə edildiyi çətin bir zamanda Azərbaycan xalqının gələcək taleyində əhəmiyyətli rol oynamışdır. Məhz onun qətiyyəti, əzmkarlığı sayəsində Azərbaycan dövləti müstəqilliyini əldə etmişdir. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından bu günümüzə qədər keçən  dövr respublikamızın ictimai-siyasi və sosial həyatında baş vermiş çox mühüm əhəmiyyətə malik hadisələrlə zəngindir. Azərbaycan Respublikasında Ali Attestasiya Komissiyası (AAK) kimi bir qurumun yaradılması məhz dövlət müstəqilliyimizin bilavasitə bəhrəsidir.

  Qeyd olunmuşdur ki, ulu öndərin Azərbaycana uğurla rəhbərlik etməsi, respublikamızın gələcək hərtərəfli inkişafını təmin edəcək siyasi kursu müəyyən etməsi, dövlət başçısı İlham Əliyevin bu siyasi kursu qətiyyətlə və ardıcıl şəkildə davam və inkişaf etdirməsi ölkəmizdə sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafa təkan vermişdir. Bu inkişafın nəticəsi olaraq respublikamızda mütərəqqi dəyişikliklər baş vermiş, elmi-texniki potensialın qorunub saxlanılması, yüksək ixtisaslı kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artması istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş, bir sıra mühüm qərarlar qəbul olunmuşdur.

Konfransda  “Ali Attestasiya Komissiyası: dünəni, bu günü, sabahı”, “Heydər Əliyev və elmi-texniki tərəqqi”, “Heydər Əliyev:YAP və yeni milli siyasət konsepsiyası”, “Heydər Əliyev və Azərbaycanda humanitar-ictimai mühit”, “Azərbaycanda səhiyyənin inkişafında Heydər Əliyevin rolu” və digər mövzularda məruzələr dinlənilmişdir.

Çıxış edənlər ümummilli lider Heydər Əliyevin xalqımızın müstəqilliyi, suverenliyi və tərəqqisi uğrunda əvəzsiz xidmətlərindən bəhs etmişlər. Qeyd olunmuşdur ki, hər bir sahədə olduğu kimi, elmdə də inkişaf labüddür. Bunun da bir göstəricisi gənclərin elmə maraq və meyillərinin artmasıdır. 90-cı illərin əvvəllərində elmin nüfuzu olduqca aşağı səviyyəyə düşmüşdü. Bu gün isə bu sahədə böyük rəqabət vardır. Yüzlərlə gənc doktorantura və dissertantura yolu ilə elmə yiyələnməyə çalışır, onların sayı ildən-ilə artır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında