“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin 43-cü cildi çapdan çıxmışdır

 

 

“Əziz dostlar, siz bilirsiniz, məni yaşadan, məni siyasi uzunömürlü edən ən əsas amil odur ki, mən həmişə xalqın dəstəyinə arxalanmışam. Bəli, əgər 1993-cü ildə, o ağır dövrdə xalqın dəstəyi olmasaydı, mən Naxçıvandan Bakıya gələ bilməzdim. Əgər o vaxt xalqın dəstəyi olmasaydı, mən silahsız, heç nəsiz onların - azğınlaşmış terrorçu qrupların, silahlı dəstələrin, separatçıların, Azərbaycanı dağıdanların öhdəsindən gələ bilməzdim. Siz 1994-cü ilin oktyabr ayının 4-nü xatırlayın. Bəli, artıq ayağa qalxmışdılar, bizim hakimiyyəti boğurdular.

Televiziya ilə mənim xalqa müraciətim gecə vaxtı iki saat içərisində yüz minlərlə insanı Prezident sarayının qarşısına topladı. Bax, o xalqın dəstəyi ilə mən çevriliş cəhdinin qarşısını aldım. O xalqın dəstəyi ilə 1995-ci ilin mart ayında mən o çevriliş cəhdinin qarşısını aldım. O xalqın dəstəyi ilə terroristlərin qarşısını ala bildim. Mən bu gün də xalqla bir yerdəyəm. Mənim həyatımın mənası xalqa xidmət etməkdir. Mən çox xoşbəxtəm ki, xalq da bunu qiymətləndirir, mənə lazımi qədər dəstək verir”.

AzərTAc xəbər verir ki, bu sətirlər  Ulu Öndərin anadan olmasının 90 illik yubileyi ərəfəsində “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin “Azərnəşr” tərəfindən yenicə çapdan buraxılmış 43-cü cildindən - ümummilli lider Heydər Əliyevin 2002-ci il noyabrın 26-da Yeni Azərbaycan Partiyasının 10 illiyinə həsr olunmuş yubiley mərasimindəki nitqindən götürülmüşdür.

Nəşrin buraxılışına məsul Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çoxcildlik əsərlərinin oxuculara təqdim olunan bu cildində Yeni Azərbaycan Partiyasının 10 illiyinə həsr olunmuş yubiley mərasimində nitqi,  dövlət və hökumət başçıları ilə danışıqları, Azərbaycana gələn bir sıra xarici dövlət və hökumət nümayəndələri, tanınmış ictimai-siyasi xadimlər, beynəlxalq təşkilatların rəhbərləri ilə yüksək səviyyəli görüşlərinə dair materiallar, KİV-lərə verdiyi bəyanat və müsahibələr dərc edilmişdir. 

Kitabda, həmçinin Ulu Öndərin Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin ölkəmizdəki səfirləri ilə görüşündə, dünya şöhrətli dirijor və bəstəkar Niyazinin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley gecəsində, Amerika Birləşmiş Ştatlarının “McDonalds” şirkətinə məxsus “McDrayv” restoranının açılışında, Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələri - Fidan və Xuraman Qasımovaların yaradıcılığının 25 illiyinə həsr olunmuş təntənəli mərasimdə, Bakının uşaq evlərində tərbiyə alan uşaqlar üçün Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş Yeni İl şənliyində nitq və çıxışları, ölkəmizə səfər etmiş ABŞ, Rusiya, Türkiyə, İran, Ukrayna dövlət və hökumət nümayəndələri ilə söhbətləri, eyni zamanda, Kiyevdə MDB-nin üzvü olan ölkələrin zirvə toplantısında ATƏT-in Minsk qrupunun həmsədrləri və “Qafqaz dördlüyü” ölkələrinin prezidentləri ilə görüşlərinə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüquq normalarına uyğun nizama salınmasına dair materiallar öz əksini tapmışdır.

Kitabda əks olunan rəsmi sənədlər, çıxışlar, müsahibələr, fərmanlar, müraciətlər, bəyanatlar, məktublar, məruzələr 2002-ci ilin noyabrından 2003-cü ilin fevralınadək olan dövrü əhatə edir.

“Azərnəşr” tərəfindən çap olunan çoxcildliyin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) materiallarından istifadə edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında