“Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalının xüsusi buraxılışının təqdimatı

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) bu ali təhsil müəssisəsinin nəşri olan “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalının ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş xüsusi buraxılışının təqdimatı keçirilmişdir.

AzərTAc xəbər verir ki, mərasimi açan DİA-nın rektoru, akademik Urxan Ələkbərov bu günlərdə dünyanın müxtəlif yerlərində müstəqil dövlətimizin qurucusu, Azərbaycanın XX əsrdə yetirdiyi dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinin böyük ruh yüksəkliyi ilə qeyd edildiyini, ulu öndərin xalq, Vətən qarşısındakı xidmətlərinin bir daha xatırlandığını, əziz xatirəsinin dərin ehtiramla yad olunduğunu diqqətə çatdırmışdır.

Ümummilli liderin irsini Azərbaycan xalqının milli sərvəti kimi qiymətləndirən U.Ələkbərov Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin öyrənilməsinin zəruriliyini, onun böyük əhəmiyyətə malik olduğunu qeyd etmiş, bu siyasi kursun  layiqli davamçısı Prezident İlham Əliyevin gördüyü işlər nəticəsində Azərbaycanın bu gün sürətlə inkişaf etdiyini söyləmişdir.

Bildirilmişdir ki,  DİA-nın nəşri olan “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalında əsasən dövlət idarəçiliyinin  səmərəliliyi, idarəetmə sistemində  elm və inkişafın planlaşdırılması, davamlı inkişaf, ekoloji sivilizasiya və s. bu kimi mövzular prioritet təşkil etməkdədir. 

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov  “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalının xüsusi buraxılışının ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmasını əhəmiyyətli hadisə kimi qiymətləndirmişdir.

Əli Həsənov ümummilli liderin əvəzolunmaz xidmətlərindən söz açaraq Azərbaycanın dövlətçilik tarixinə adı qızıl hərflərlə həkk olunan Heydər Əliyev irsinin hər bir azərbaycanlı üçün daim öyrəniləsi bir məktəb olduğunu bildirmişdir.

Prezident Administrasiyasının şöbə müdiri bu gün ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində ölkəmizin dünyanın diqqət mərkəzində olduğunu vurğulamış, Azərbaycanın beynəlxalq aləmdə sabit və qüdrətli bir dövlət kimi yer tutduğunu demişdir.

Mərasimdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı   səfiri  Adel Mohammad Adaileh və digər çıxış edənlər də  bütün dünyada tanınan görkəmli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, həyatını xalqına, Vətəninə həsr etmiş ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində, müasir müstəqil dövlətimizin yaranmasında, inkişafında və dünyaya tanınmasında misilsiz xidmətlərindən danışmış, böyük xilaskarlıq rolunu vurğulamışlar. Ulu öndərin 90 illiyi ərəfəsində jurnalda ümummilli liderin həyat və fəaliyyətinə həsr edilmiş məqalələrin elmi əsaslanmalarının əhəmiyyəti vurğulanmış, elmi-akademik dairələr, tədqiqatçılar, dövlət idarəçiliyi sahəsində ixtisaslaşan gənc kadrlar üçün dəyərli mənbə olduğu bildirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında