Təhsil naziri Mikayıl Cabbarov Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşmüşdür

 

 

“Xalq qəzeti” nazirliyin saytına istinadən məlumat verir ki, Ş. Füle Azərbaycanla təhsil sahəsində əməkdaşlıq sferasında Avropa İttifaqı tərəfindən yeni vasitələrin tətbiqinin nəzərdə tutulduğunu, Azərbaycanda dayanıqlı təhsil islahatına ehtiyac olmasını nəzərə alaraq bu istiqamətdə artıq Avropa təhsil sisteminə keçmiş Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsinin əhəmiyyətli olacağını və bunun üçün dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.

Təhsil naziri Mikayıl Cabbarov öz növbəsində Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrin əhəmiyyətini nəzərə çatdırıb və qarşılıqlı münasibətlərdə təhsillə bağlı layihələrin mühüm yer tutduğunu bildirib. M.Cabbarov eyni zamanda Avropa İttifaqının Azərbaycana təhsil sferasında dəstəyinin yüksək qiymətləndirildiyini, “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf  Konsepsiyası ilə müəyyən edilmiş təhsil sahəsində olan məqsədlərə nail olmaq üçün Avropa İttifaqı tərəfindən təqdim edilə bilən alətlərin istifadəsinin faydalı olacağını bildirib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında