Ulu öndərin təhsil illərindəki uğurlarını əks etdirən sənədlər müəllim və tələbələrdə böyük maraq doğurmuşdur

 

 

Azərbaycan Dövlət İqtisad Universitetinin  (ADİU) müəllim və tələbə heyəti mayın 3-də Heydər Əliyev Fondunda olmuşlar.

 AzərTAc xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar ziyarətə gələn qonaqlara fondun fəaliyyəti haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, ümummilli liderin zəngin irsini öyrənərək təbliğ edən fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək göstərir.

Qeyd olunmuşdur ki, ikinci dəfə Azərbaycanda rəhbərliyə gələn Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində təhsil sistemində önəmli islahatlar aparılmışdır. Ulu öndərin milli dövlət quruculuğu ideyasının əsasında o dururdu ki, müstəqilliyin əbədiliyi, demokratiyanın inkişaf yolu məhz təhsildən keçir. Odur ki, Heydər Əliyevin işləyib hazırladığı strategiyanın əsas xətti milli dövlətçilik və hakimiyyət strukturlarının yaradılması və möhkəmləndirilməsi ilə yanaşı, milli təhsil sisteminin yenidən qurulması idi.

Məhz ulu öndərin diqqət və qayğısı sayəsində müasir müstəqil Azərbaycanda təhsil dövlət siyasətinin prioritet istiqamətinə çevrilmişdir. Aparılan əsaslı islahatlar nəticəsində tarixi təcrübə və nailiyyətlər zəminində ölkə təhsilində bir çox diqqətəlayiq uğurlar qazanılmışdır. Ölkəmizin təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsi, idarəetmənin müasir prinsiplər üzrə təşkili, təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması və dünya təhsil sisteminə inteqrasiyası məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxan müəllim və tələbə heyəti görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi, genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də maraqla tamaşa etmişlər. Ulu öndərin təhsil aldığı dövrlərdə əldə etdiyi nailiyyətləri əks etdirən sənədlər müəllim və tələbələrdə böyük maraq doğurmuşdur.

Sonda fondun qonaqları Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filmini izləmişlər.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında