Sədaqətli ömür yoldaşı, qayğıkeş ana

 

 

Bu  günlər  ölkəmizin hər yerində əməkdar elm xadimi, tanınmış oftalmoloq , tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının  90-cı ildönümü geniş qeyd olunur.

Yubiley münasibətilə Bakının Maştağa qəsəbəsindəki C.Nurməmmədov adına 108 nömrəli tam orta məktəbdə də bir sıra tədbirlər həyata keçirilmişdir.

Öncə məktəb kollektivinin bir qrup nümayəndəsi Fəxri Xiyabana gedərək ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etmiş, abidələri üzərinə tər gül-çiçək dəstələri düzmüşlər.

Məktəbin foyesində “Sədaqətli ömür yoldaşı, qayğıkeş ana” adlı stend hazırlanmış, məktəbin radio qovşağında Zərifə Əliyevanın oftalmologiya elmində xidmətləri, nəcib insani keyfiyyətləri barədə geniş məlumatlar səsləndirilmişdir.

Görkəmli alimin xatirəsinə həsr olunmuş tədbiri məktəbin Ana dili və ədəbiyyat müəllimi Samirə Dadaşova açaraq Zərifə xanım Əliyevanı hər şeydən əvvəl nəcib insan, qayğıkeş həkim kimi xatırlatdı. Onun Azərbaycan oftalmologiya elminə verdiyi töhfələr, müxtəlif göz xəstəliklərinin müalicə və profilaktikasına dair fundamental tədqiqatları, əldə etdiyi uğurlar, əsl örnək olan yüksək mənəvi keyfiyyətləri, bir qadın, ana və gözəl həyat yoldaşı kimi ailəsinə, övladlarına, ömür-gün yoldaşı – ulu öndər Heydər Əliyevə olduqca həssas, səmimi, ülvi münasibətlərindən danışdı. Zərifə xanımın təkcə respublikamızda deyil, beynəlxalq aləmdə də yaxşı tanınan alim, ziyalı, ictimai xadim kimi dəyərləndirildiyini diqqətə çatdırdı. Qeyd  olundu ki, akademik Z.Əliyeva öz səmimiyyəti ilə həmişə onu əhatə edən insanların rəğbətini, ehtiramını qazanıb. Onun inkişaf etdirdiyi elm sahəsinin davamçıları bu gün alimin irsindən faydalanırlar.

Öz mənalı ömrünü tibb elminin inkişafına həsr edən akademik Zərifə xanım Əliyeva fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılmasında gərgin əmək sərf etmişdir.

Sonra məktəbin tərbiyə işləri üzrə direktor müavini Rəhilə Hüseynova tibb elminə novator alim kimi daxil olmuş Zərifə Əliyevanın böyük məktəb yaratdığını vurğuladı. Bildirdi ki, onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir. Zərifə xanımın  yüksək intellektual səviyyəsi, insanlarla səmimi, xoş münasibəti onu hamıya sevdirirdi. O, öz şəfqətli əlləri ilə neçə-neçə insana nur bəxş edib.

Axırda şagirdlər Zərifə xanım Əliyevaya və onun timsalında analara həsr olunmuş  şeirlər söylədilər.

Qabil YUSİFOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında