Səbaildə yubiley sərgisi

 

 

Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi paytaxtımızın Səbail rayonunda da geniş şəkildə qeyd olunur. Əlamətdar yubileylə bağlı rayonun elm, təhsil və səhiyyə müəssisələrində unudulmaz alimin xatirəsinə həsr olunmuş tədbirlər keçirilmiş, sərgilər və müxtəlif aksiyalar təşkil olunmuşdur.

Xəbər verdiyimiz kimi, Səttar Bəhlulzadə adına sərgi salonunda Səbail Rayon İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə tanınmış rəssamların Zərifə xanım Əliyevaya həsr olunmuş  əl işlərindən ibarət sərgi açılmışdır. Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin və Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkili Fuad Muradov, M.Lomonosov adına Moskva Dövlət Universiteinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, ictimaiyyət nümayəndələri, Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təmsilçiləri iştirak etmişlər.  

Bayramsayağı bəzədilmiş sərgi salonuna toplaşan qonaqları salamlayan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat vermişdir. Natiq qeyd etmişdir ki, akademik Zərifə Əliyeva oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir. Ümummillli lider Heydər

Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım həm də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur. 

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Zərifə xanımın əziz xatirəsinə həsr olunan sərginin yüksək səviyyədə təşkilindən danışmış, nümayiş etdirilən rəsm əsərlərini yüksək qiymətləndirmişdir.

Mərasim  iştirakçıları  Azərbaycanın görkəmli rəssamlarından Ömər Eldarovun müəllifi olduğu “Zərifə xanım Əliyevanın abidəsi”nin fotoportreti, Oqtay Sadıxzadənin “Zərifə xanım Əliyevanın portreti”, “Azərbaycanlı qadının portreti”, Altay Sadıxzadənin “Mehriban xanımın portreti” və “Nərgiz xanımın portreti”, həmçinin xalq rəssamları Toğrul Nərimanbəyovun, Mikayıl Abdullayevin, Tahir Salahovun, Maral Rəhmanzadənin, Böyükağa Mirzəzadənin, Sakit Məmmədovun, Xalidə Səfərovanın,  ümumilikdə 19 rəssamın əsərlərinə tamaşa etmişlər. Gənc rəssam Nərgiz Quliyevanın Zərifə xanım Əliyevanın muncuqdan hazırladığı portreti də maraqla qarşılanmışdır.

R.Behbudov adına 2 saylı musiqi məktəbinin şagirdləri mərasimdə klassik musiqi nömrələri ilə çıxış etmişlər.

R.TAHİR, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında