Ulu öndərin yubileyinə musiqi çələngi

 

 

Xalqımız ulu öndərin anadan olmasının 90 illik yubileyini böyük məhəbbətlə, sevinc və şükranlıqla qeyd edir. Dünən  Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasında tələbələrin və müəllimlərin iştirakı ilə bu böyük bayrama  həsr olunmuş gözəl  bir müsamirə təşkil edilmişdi.

Tədbiri layihənin rəhbəri əməkdar incəsənət xadimi, professor Telman Hacıyev açaraq, ulu öndərin həyatı və fəaliyyəti barədə, xüsusən müstəqil Azərbaycan dövlətinin memarı kimi tarixi bir vəzifənin öhdəsindən şərəflə gəlməsi, ölkəmizin yeni, müasir dövlətçilik ənənələrinin yaradılması, onun gələcək inkişaf yollarının müəyyən edilməsi istiqamətində  misilsiz fəaliyyətindən danışmış, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixində ən yüksək mövqedə durduğunu,eləcə də 20-ci əsrin siyasətçiləri arasında çox böyük nüfuz və ehtiram sahibi olduğunu göstərmişdir. Natiq bu gün Heydər Əliyev ənənələrinin uğurla davam etdirilməsi yolunda onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən, ölkəmizin siyasi, iqtisadi və sosial inkişafının yeni, daha yüksək mərhələsini təşkil edən nailiyyətlərdən söhbət açmış və göstərmişdir ki, xalqımız bütün bunlara görə öz böyük oğlunun xatirəsini həmişə əziz tutur və nəsillər keçdikcə bu hiss daha da güclənəcəkdir.

Müsamirədə Musiqi Akademiyasının tələbələrindən solistlər Aişə Eminli, Aydan Quliyeva, Fəxri Kazım-Nicat, Aytac Şıxəlizadə, Ramil Hüseynli, ən müxtəlif musiqi alətlərinin ifaçıları Mirhüseyn Əsədullayev, Hikmət Abdullayev, Ruhulla Dadaşov, Ülviyyə Əliyeva, Anar Hacıyev, Aqşin İsmayılov, Leyla Nəzərli, Ayat Baxşıyev, Ayxan İsmayıllı, Aqşin, Nərgiz Ağayeva, rəqqaslar Aytən Rəsulzadə və Teymur Mənsurov məharətlə çıxış etdilər. Akademiyanın müəllimi İlham Abdullayevin bəstələdiyi “Azərbaycan” mahnısını müəllifin royalda müşayiəti ilə Aytac Şıxəlizadə böyük ilhamla oxudu.

Professor Mina Hacıyevanın çox böyük zövqlə tərtib etdiyi və müasir musiqi mədəniyyətimizin bütün sahələrdə nailiyyətlərini əks etdirən konserti Zümrüd Baxşəliyeva və Allahverdi Əlilinin Azərbaycan şeirinin incə, zərif, ürəyəyatan misraları ilə ləziz bir tərzdə idarə etmələri tamaşaçıların və dinləyicilərin ürəyindən oldu.

Bu tədbir bir də ona görə əlamətdar hesab edilməlidir ki, anadan olmasının 90 illiyini qeyd etdiyimiz xalqımızın ulu öndəri Heydər Əliyevin “Biz azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, milli mənəvi dəyərlərimizdir. Milli mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şeirlərimiz, mahnılarımız, folklorumuz, bir sözlə, xalqımıza mənsub olan adət-ənənələrimizdir” kəlamının nə qədər müdriklik və uzaqgörənliklə deyildiyini və əsrlər ötdükcə yaşayacağını bir daha göstərdi və indiki nəslin bu vəsiyyətə sədaqətini bariz şəkildə nümayiş etdirdi.

Hacı RAFİQ


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında