“Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarı – ordu quruculuğunun banisidir” mövzusunda konfrans keçirilmişdir

 

 

Aprelin 27-də Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarı – ordu quruculuğunun banisidir” mövzusunda konfrans keçirilmişdir. 

AzərTAc xəbər verir ki, konfransı açan Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, keçmişinə, mədəniyyətinə, milli mənəvi dəyərlərinə böyük sevgi və sayğı nümunəsi olan ən böyük azərbaycanlı - ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin ən uca zirvəsində dayandığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu zirvə xalqımızın inkişaf və tərəqqiyə gedən yolunu daim nurlandırır, dövlətimizin gələcəyinə işıq saçır. Ulu  öndərin  ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Heydər Əliyevin siyasi fəaliyyətinin ən böyük nəticəsi quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikasıdır.   

Sonra Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi, general-mayor Araz Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor, Milli Məclisin deputatı Yaqub Mahmudov, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, AMEA-nın Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək ulu öndərin xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətlərindən danışmışlar.

Milli sərhəd siyasətimizin banisi olan ulu öndərin müstəqil Azərbaycanda Sərhəd Qoşunlarının formalaşdırılması və Sərhəd Mühafizəsinin yaradılması proseslərindəki misilsiz xidmətləri, milli hərbçi kadrların, xüsusən də sərhədçi zabitlərin yetişdirilməsinə göstərdiyi diqqət və qayğı minnətdarlıq hissi ilə vurğulanmışdır.

Qeyd olunmuşdur ki, ümummilli lider hələ sovet hakimiyyəti illərində doğma Azərbaycanımızın sərhədlərinin qorunması işinə daim milli maraqlarımız çərçivəsində yanaşmış, milli sərhədçi kadrların yetişdirilməsini və irəli çəkilməsini diqqət mərkəzində saxlamışdır. Ulu öndərin müəyyənləşdirdiyi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərhədçi kadrların yetişdirilməsinə böyük qayğı göstərərək 2007-ci il iyunun 12-də Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması barədə Sərəncam imzalamışdır. Vətənimizin sərhədlərinin mühafizəsində çox mühüm rol oynayan bu tarixi Sərəncama əsasən, müasir tələblərə cavab verən iri təhsil kompleksi yaradılmış və 2012-ci ilin iyulunda akademiyanın məzunlarının ilk buraxılışı olmuşdur.

Tədbir rejissor Vaqif Mustafayevin Ulu Öndərə həsr etdiyi “Tale”  sənədli filminin nümayişi ilə başa çatmışdır. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında