“Vergilər” mövzusunda tələbə və magistrantlar arasında olimpiada

 

 

 

Azərbaycan Dövlət İqtisad Universitetində Bakı və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən 16 ali məktəbin 230-dək tələbə və magistrantının iştirak etdiyi “Vergilər” mövzusunda 7-ci olimpiada keçirilmişdir. Olimpiada ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuşdur.

Tədbir iştirakçıları əvvəlcə AZDİU-nun foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuş, Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətləri olan ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Damət Bağırov olimpiada iştirakçılarını salamlamış, hər il ənənəvi olaraq Bakıdan və respublikanın müxtəlif bölgələrindən çoxlu sayda tələbə və magistrantın bu olimpiadaya qatıldığını bildirmişdir.

Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov çıxış edərək ulu öndərin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatların ölkəmizi regionda və dünyada aparıcı dövlətlər səviyyəsinə çatdırdığını demişdir. Qeyd olunmuşdur ki, bu gün vergi xidməti əməkdaşları ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik konsepsiyasına sadiq qalaraq suverenliyimizin möhkəmlənməsi və ölkəmizin hərtərəfli tərəqqisi yolunda bütün zəruri tədbirləri görürlər. Artıq 7-ci ildir ki, ali məktəb tələbələri və magistrantları böyük həvəslə bu olimpiadada iştirak edir. Həmin tələbələrin bir çoxu sonradan vergi orqanlarına işə qəbul zamanı yüksək nəticələr göstərmiş və Vergilər Nazirliyində  müvafiq vəzifələr tutmuşlar.

Test üsulu ilə təşkil olunmuş olimpiada zamanı iştirakçılar 2 saat ərzində Vergilər Nazirliyinin Tədris Mərkəzində müvafiq test bazası əsasında hazırlanmış sualları kompyuter vasitəsilə onlayn rejimdə cavablandırmışlar. Hər bir tələbə üçün fərdi sual bazası tərtib olunmuşdur. Nəticələr iştirakçı ali məktəblərin təmsilçilərindən ibarət münsiflər heyətinin iştirakı ilə Tədris Mərkəzinin mütəxəssislərinin nəzarəti altında xüsusi kompyuter proqramları vasitəsilə qiymətləndirilmişdir.

Tələbələr arasında  birinci yerə Azərbaycan Dövlət İqtisad Universitetindən Validə Hacızadə, ikinci yerə Azərbaycan Universitetindən Nicat Əliyev, üçüncü yerə Azərbaycan Dövlət İqtisad Universitetindən Ayaz Müseyibov layiq görülmüşlər.Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Yaşar Kəlbiyevə tələbəsi I yer tutduğuna görə xüsusi mükafat verilmişdir.

Magistrantlar arasında  isə birinci, ikinci, üçüncü yerləri Azərbaycan Dövlət İqtisad Universitetindən Rüfət Hüseynov, Asif   Mirzəyev və  Sübhan Orucov tutmuşlar. Həmin universitetin müəllimi Ramiz Məhərrəmov magistrantı I yer tutduğuna görə xüsusi mükafata layiq görülmüşdür.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında