Babək rayonunun Şəkərabad kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd mərkəzinin açılışında iştirak etmişdir. Tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev Şəkərabad kəndində yaradılan şəraitə görə rayon sakinləri adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbir iştirakçılarını salamlamış, Şəkərabad kəndində yeni obyektlərin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək demişdir: “Muxtar respublikamızın kəndlərində dövlət qrumlarının fəaliyyətinin gücləndirilməsinə, idarəetmənin səmərəli təşkilinə xüsusi diqqət yetirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq 2005-ci ildə Şəkərabad kəndində inzibati ərazi dairəsi üzrə nümayəndəlik yaradılmışdır. Ötən müddətdə kənddə digər dövlət qurumlarının və xidmət təşkilatlarının da fəaliyyəti təmin olunmuş, kəndin inkişafı istiqamətində ardıcıl işlər görülmüşdür. Həyata keçirilən tədbirlər nəticəsində Şəkərabad kəndində yeni iş yerləri açılmış, sakinlərin rahat yaşayışı təmin edilmişdir.

Bu il ölkəmizdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi qeyd olunur. Ulu öndər tərəfindən əsası qoyulan sosial-iqtisadi inkişaf xətti ölkəmizin bugünkü yüksəlişinin əsas hərəkətverici qüvvəsidir".

Ali Məclisin sədri kənd mərkəzində dövlət qurumlarının fəaliyyətinin səmərəli təşkil olunacağına əminliyini bildirmiş, kollektivlərə fəaliyyətində uğurlar arzulamışdır.

Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur. Müasir standartlara uyğun inşa edilən kənd mərkəzi iki mərtəbədən ibarətdir. Mərkəzdə rabitə evi, feldşer-mama məntəqəsi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kənd mədəniyyət evi, 60 yerlik iclas zalı və kitabxana vardır. Bildirilmişdir ki, bu gün muxtar respublikada kənd kitabxanalarının fəaliyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır. 7 mindən artıq kitab fondu olan kitabxanada oxucular üçün lazımi şərait yaradılmış, kompyuter quraşdırılmışdır.

 Kənd mərkəzində Yarımca, Şəkərabad, Hacıvar və Badaşqan kəndlərini əhatə edən baytarlıq məntəqəsi üçün də iş otağı ayrılmış, məntəqə müvafiq dərman preparatları və lazımi avadanlıqlarla təchiz olunmuşdur. Binada Yeni Azərbaycan Partiyası Şəkərabad kənd ərazi ilk təşkilatının fəaliyyəti üçün də ayrıca iş otağı ayrılmışdır.

Rabitə evində yeni quraşdırılmış 576 nömrəlik ATS Şəkərabad, Badaşqan və Hacıvar kəndlərində 473 abonentə xidmət göstərir. Kənd mərkəzində feldşer-mama məntəqəsi üçün 4 iş otağı ayrılmış, məntəqəyə müayinə və müalicə avadanlıqları, dərman preparatları qoyulmuşdur.

Kənd mərkəzi ilə tanışlıqdan sonra sakinlərlə görüşən Ali Məclisin sədri hər bir ölkənin inkişafının kəndlərdən başladığnı bildirərək demişdir ki, Şəkərabad kəndində aparılan quruculuq işləri muxtar respublikanın inkişaf modelini özündə əks etdirir.

* * *

Aprelin 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Şəkərabad kənd tam orta məktəbinə gəlmiş, təhsil ocağının əsaslı yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur. Yenidənqurma işləri aparılarkən binanın döşəməsi, qapıları və pəncərələri dəyişdirilmiş, müasir istilik sistemləri çəkilmiş, tədrisin müasir tələblər səviyyəsində qurulması üçün hərtərəfli şərait yaradılmışdır. 2 mərtəbədən ibarət olan təhsil ocağı 306 şagird yerlikdir.

Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin sədri demişdir ki, yenidən qurulan Şəkərabad kənd tam orta məktəbi müasir təhsil ocağına çevrilmişdir. Pedoqoji kollektiv yaradılan şəraitdən səmərəli istifadə etməli, məktəbdə inellektli, vətənpərvər gənclər yetişdirməlidir.

Məktəbin müəllimi Sevda Səfərova Şəkərabad kənd tam orta məktəbində yaradılan yüksək şəraitin muxtar respublikada uğurla həyata keçirilən təhsil islahatlarının davamı olduğunu bildirmiş, kollektiv adından minnətdarlıq etmişdir.

* * *

Şəkərabad kəndində aparılan quruculuq işləri zamanı bir sıra abadlıq işləri də görülmüş, rabitə, elektrik və qaz xətləri yenilənmişdir. Belə ki, kənddə 4450 metr rabitə və 120 metr fiberoptik kabel, 450 metr yeraltı qaz və 750 metr yeraltı elektrik xətti çəkilmiş, 1 yeni transformator quraşdırılmışdır.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında