“Həyati proseslərin axarında...”

 

 

“Yazıçı özünü və dünyasını gözəlləşdirir, nəyi varsa, insanlığa bəxş edir. Gülüşünü gül kimi paylamaqdan zövq alır”. “Xeyrəddin Qoca

obrazı sözsüz şəkil, şərhsiz yazı kimidir”.

“Xeyrəddin Qocanı oxuyub, onun yanında olub qorxaq, müti böyümək mümkün deyil. Necə ki, C.Məmmədquluzadənin, Ə.Haqverdiyevin, M.Ə.Sabirin yanında olub, onları oxuyub qorxaq, müti böyümək mümkün deyildi...”.

“Ədibin konkret olaraq ”simpatiyası" və “antipatiyası” olan adamlar var və o, öz adamlarını “həmişə axıradək müdafiə edir: kişi kimi !”

Bu fikirlər satirik yazıçı, dramaturq Xeyrəddin Qoca haqqında yenicə çapdan çıxmış “Həyati proseslərin axarında...” adlı kitabda toplanan məqalələrdən götürülmüşdür.

Kitaba yazıçının şəxsiyyəti, yaradıcılığı, şərəfli ömür yolu haqqında görkəmli qələm sahiblərinin , elm, mədəniyyət və incəsənət xadimlərinin müxtəlif nəşrlərdə, kütləvi informasiya vasitələrində dərc edilən dəyərli məqalələri, onların fikir və düşüncələrini əks etdirən yazılardan seçmələr, müxtəlif sənədlər, ədibin ziyalılarla, dostları ilə çəkdirdiyi fotoşəkilləri salınmışdır.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları, tanınmış dövlət adamlarının, siyasətçilərin yazıçıya ünvanladıqları məktublar, təbriklər də kitabda öz əksini tapmışdır.

Kitabın tərtibçisi və redaktoru istedadlı ədəbiyyatşunas Sərvaz Hüseyinoğludur.

“Həyati proseslərin axarında...” kitabını “Yazıçı” nəşriyyatı nəfis tərtibatla buraxmışdır. Bu nəşr ədibin həyat və yaradıcılığı haqqında indiyədək oxuculara təqdim olunan üçüncü kitabdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında