Təhsil Nazirliyində görüş

 

 

 

Aprelin 22-də təhsil naziri Mikayıl Cabbarov Türkiyə Respublikası Hökuməti yanında Xaricdə Yaşayan Türklər, İcmalar və Əqrəba Topluluqları İşi üzrə Komitənin sədri Kamal Yurtnacın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən Mikayıl Cabbarov Azərbaycanla Türkiyə arasındakı qarşılıqlı dostluğa əsaslanan münasibətlərə xüsusi önəm verdiyini bildirmişdir. Nazir iki ölkənin təhsil sahəsindəki əlaqələrinin inkişafı üçün geniş potensialın mövcudluğunu nəzərə çatdırmışdır.

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun ilk öncə təhsil naziri Mikayıl Cabbarova yeni işində uğurlar arzulamışdır. Azərbaycanla Türkiyə arasındakı münasibətlərə toxunan səfir təhsil sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkmişdir.

Komitə sədri Kamal Yurtnac rəhbərlik etdiyi qurumun 2010-cu ildən fəaliyyət göstərdiyini söyləyərək Azərbaycanla təhsil əlaqələrinin inkişafında maraqlı olduqlarını nəzərə çatdırmışdır.

Türkiyənin ali təhsil sahəsində əldə etdiyi təcrübənin Azərbaycanla bölüşməsinin zəruriliyini vurğulayan qonaq qarşılıqlı əməkdaşlıqda tələbə mübadiləsinin əhəmiyyətindən bəhs etmişdir. Kamal Yurtnac Türkiyə universitetlərində oxuyan əcnəbi tələbələrin təhsil göstəriciləri ilə yaxından tanış olduqlarını, ayrı-ayrı ölkələrdən olan tələbələrin təhsildəki uğurları əsasında təhlillər apardıqlarını bildirmişdir.

Kamal Yurtnac bu il Türkiyə universitetlərində oxumaq istəyən 150 azərbaycanlı tələbə üçün təqaüdlərin ayrılmasının nəzərdə tutulduğunu diqqətə çatdırmışdır. Komitə sədri aparılacaq seçimlərin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanların nəticələrinə və  müvafiq mütəxəssislərdən ibarət komissiyanın rəyinə əsasən müəyyənləşdiriləcəyini qeyd etmişdir. Qonaq, həmçinin, azərbaycanlı tələbələrə Türkiyənin nüfuzlu universitetlərində təhsil almaq və müvafiq ixtisaslar üzrə seçim etmək imkanı yaradılacağını vurğulamışdır.

Təhsil naziri Mikayıl Cabbarov azərbaycanlı tələbələrin Türkiyənin qabaqcıl universitetlərində təhsil alması üçün yaradılan şəraitə görə minnətdarlığını bildirmişdir. Azərbaycanda təhsilin, insan kapitalının inkişafının dövlət siyasətinin prioritetlərindən biri olduğunu diqqətə çatdıran nazir bu baxımdan azərbaycanlı tələbələrin Türkiyə universitetlərində ölkəmiz üçün prioritet olan ixtisaslar üzrə oxumasının səmərəli əməkdaşlığa əsaslanan münasibətlərimizə yeni töhfələr verəcəyinə əminliyini ifadə etmişdir.

Daha sonra qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılmış, ölkələrimiz arasında təhsil əlaqələrinin müasir tələblər səviyyəsində inkişafı ilə bağlı müvafiq təkliflər səsləndirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında