Azərbaycanın xalq yazıçısı Elçinin romanları serb dilində

 

 

Azərbaycanın xalq yazıçısı Elçinin  əsərləri bir çox xarici dillərə tərcümə edilərək nəşr olunmuş, pyesləri müxtəlif ölkələrin məşhur teatr səhnələrində tamaşaya qoyulmuşdur.

Serbiya oxucuları indiyədək Elçinin əsərləri ilə yalnız dövri mətbuatdan tanış idilər.

AzərTAc xəbər verir ki, bu günlərdə isə xalq yazıçısının “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü” romanları Belqradın “İnternational Business Service” nəşriyyatı tərəfindən “Ölüm hökmü” adı ilə kitab şəklində nəşr edilmişdir.

Hər üç romanı serb dilinə Nina Polih və Qradimir Polih birlikdə tərcümə etmişlər.

 Yüksək poliqrafik səviyyədə nəşr edilmiş geniş formatlı, 614 səhifəlik kitabın “Ön söz”ündə Elçinin romanları dünya kontekstində yüksək qiymətləndirilir, onların bədii-estetik xüsusiyyətləri göstərilir.

Kitab Serbiya oxucuları tərəfindən böyük maraqla qarşılanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında