İyirmi birinci çağırış Azərittifaq Şurasının altıncı yığıncağı keçirilmişdir

 

 

Şura üzvləri əvvəlcə Azərbaycan Kooperasiya Universitetinin iclas zalında ulu öndərin 90 illik yubileyinə həsr olunan, Azərbaycan Kooperasiya Universitetinin Elmi Şurası və Bakı Biznes və Kooperasiya Kollecinin təşkil etdiyi “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə iqtisadiyyatının inkişafında rolu” mövzusunda təşkil olunmuş konfransın işində iştirak etmişlər.

Konfransı giriş sözü ilə açan Azərittifaqın idarə heyətinin sədri Eldar Quliyev buraya toplaşanlara xalqımızın işıqlı yola çıxmasında xüsusi rolu olmuş Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan danışmışdır. O qeyd etmişdir ki, bu gün dövlətimizin belə qüdrətlənməsi, inkişaf etməsi üçün hamımız məhz o böyük şəxsiyyətə borcluyuq.

Sevindirici haldır ki, bu gün də bu siyasət uğurla davam etdirilir. Təsadüfi deyildir ki, ulu öndər bir müraciətində deyirdi: “Mən İlham Əliyevə özüm qədər inanıram”.

Bu gün Azərbaycan, sözün həqiqi mənasında, dünya dövlətləri arasında özünə layiqli yer tutub, böyük uğurlara imza atıb.

Sonra Azərbaycan Kooperasiya Universitetinin prorektoru, iqtisad elmləri doktoru Bəyalı Ataşov konfransda məruzə ilə çıxış edərək xalqımızın böyük oğlu Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi və inkişaf etdirilməsi üçün gördüyü böyük işlərdən danışmış, iqtisadiyyatımızın inkişafında onun rolunu xüsusi vurğulamışdır. Professor Vilayət Əliyev və Azərittifaqın İdarə Heyəti sədrinin müavini Tənzilə Rüstəmxanlı da böyük şəxsiyyətin tarixi rolunu qeyd etmiş, Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğunu bildirmişlər.

Sonra Azərittifaqın idarə heyətinin sədri, millət vəkili Eldar Quliyev “2012-ci ilin maliyyə təsərrüfat fəaliyyətinin yekunları və 2013-cü ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının qarşısında duran vəzifələr haqqında” məruzə etmişdir.

2012-ci ilin ölkə üçün uğurlu il olduğunu qeyd edən Azərittifaq Şurasının prezidenti bu nailiyyətlərin qazanılmasında Azərittifaqın da xüsusi rolu olduğunu bildirmişdir. Göstərmişdir ki, 2012-ci ildə Azərittifaqın təşkilat və müəssisələri tərəfindən əhaliyə 2280163 manatlıq istehlak malları satılmış, 468241 manatlıq iaşə xidməti göstərilmiş, 558452 manatlıq kənd təsərrüfatı məhsulları və xammal tədarük olunmuş, 62805 manatlıq məhsul istehsal olunmuş, 2780141 manatlıq pullu xidmət göstərilmişdir. Hesabat ilində pərakəndə ticarət üzrə tapşırığa 117, ictimai iaşə üzrə 114,3 pullu xidmət göstərilməsi üzrə 127 faiz artıqlaması ilə əməl olunmuşdur. Pərakəndə ticarətdə artım tempi 10 faiz təşkil etmişdir. Əsas fəaliyyət sahələri olan pərakəndə ticarət, ictiami iaşə və kənd təsərrüfatı məhsulları tədarükündən üst-üstə 524286 manat ümumi gəlir əldə olunmuşdur ki, bu da 2011-ci ilin göstəricisindən kifayət qədər çoxdur.

Məruzəçi daha sonra diqqətə çatdırmışdır ki, Azərittifaq sisteminin bütün fəaliyyət sahələri 2012-ci ili mənfəətlə başa vurmuş, ümumilikdə fəaliyyətdən 90402 manat mənfəət əldə edilmişdir. Belə ki, il ərzində pərakəndə ticarətdən 66072, iaşə xidmətindən 14801, kənd təsərrüfatı məhsulları tədarükündən 4595, sənayedən 3800 manat mənfəət götürülmüşdür.

Məruzəçi qazanılmış uğurlarla yanaşı, bəzi kooperativ təşkilatların işindəki nöqsanlardan da danışmışdır. Bildirmişdir ki, pərakəndə ticarət üzrə dövriyyə planlaşdırılan 62 təşkilatdan 21-i, ictimai iaşə üzrə 42 təşkilatdan 17-si, tədarük üzrə 46 təşkilatdan 30-u ümumiyyətlə dövriyyə etməmişdir.

Sonra şura üzvləri Azərittifaqın Təftiş Komissiyasının sədri Mehdiyevin hesabatını dinləmişlər.

Məruzə ətrafında müzakirələrdə çıxış edən Tovuz Rayon Kooperativ Cəmiyyəti idarə heyətinin sədri Mücəməddin Axundov, Sabirabad Rayon Kooperativ Cəmiyyəti idarə heyətinin sədri Qardaşxan Hacıyev, Kürdəmir Rayon Kooperativ Cəmiyyəti idarə heyətinin sədri Fikrət Səlimov, Lerik Rayon Kooperativ Cəmiyyəti idarə heyətinin sədri Zahid Hacıyev, Tərtər Rayon Kooperativ Cəmiyyəti idarə heyətinin sədri Mərziyə Qəndilova çıxış edərək əldə olunmuş uğurlardan, qarşılaşdıqları bəzi problemlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.

Sonra Azərittifaqın mərkəzi aparatının saxlanması xərclərinin smetası təsdiq edilmiş, işdə fərqlənən kooperasiya üzvlərinə mükafatlar verilmiş, Azərittifaq Şurasının tərkibində bəzi dəyişikliklər edilmişdir. Şura yığıncağında Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının XXII qurultayının çağırılması haqqında qərar qəbul edilmişdir.

Azərittifaq Şurasının prezidenti Eldar Quliyev şura yığıncağına yekun vurmuşdur.

Bununla da 21-ci çağırış Azərittifaq Şurasının 6-cı yığıncağı öz işini başa çatdırmışdır.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında