Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları Rusiya EA M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda olmuşlar

 

 

Rusiya Federasiyası M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 17 sentyabr 1932-ci il tarixli “M. Qorkinin ədəbi fəaliyyətinin 40 illiyinin qeyd edilməsinə dair tədbirlər” adlı sərəncamına əsasən yaradılmışdır. 1934-cü ilin avqustunda MK-nin Rəyasət heyətinin qərarı ilə A.M.Qorki adına Ədəbiyyat İnstitutu adlandırılmışdır.

1938-ci ildə SSRİ EA-nın tərkibinə daxil edilərək Dünya Ədəbiyyatı İnstitutu adını almışdır. 1991-ci ildən Rusiya Elmlər Akademiyasının A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu adını daşıyır. Müxtəlif illərdə institutun direktorları L.B.Kamenev, akademik İ.K.Luppol, L.İ.Ponomaryov, akademik V.F.Şişmarev, müxbir üzvlər A.M.Yeqolin, İ.İ.Anisimov, B.L.Suçkov, filologiya elmləri doktorları Y.Y.Barabaş və b. olmuşlar. Hazırda instituta Rusiya EA-nın akademiki Aleksandr Borisoviç Kudelin rəhbərlik edir. İnstitutda 74 elmlər doktoru, 91 elmlər namizədi çalışır. 1957-ci ildən institutun Yazıçılar İttifaqı ilə müştərək təsis etdiyi “Voprosı literaturı” jurnalı, 1960-cı ildən isə “Literaturnoe nasledstvo” nəşr edilir.

 Nizami adına Ədəbiyyat İnstitutunun Elmi informasiya şöbəsi ədəbiyyatşünaslıq sahəsində tədqiqatların informasiya təminatının səmərəliliyini artırmaq, texnoloji prosesləri təkmilləşdirmək, milli ədəbi irs və ədəbiyyatşünaslığımız sahəsində yeni elektron resurslar yaratmaq kimi sahələrdə öz fəaliyyətini genişləndirməkdədir. Görülən işlərin uğurla davam etdirilməsi üçün şöbənin fəaliyyət istiqamətlərində, strukturunda zəruri olan yeniləşmələr də həyata keçirilir, yeni vəzifələr müəyyən edilir. Qeyd edilənlərlə əlaqədar şöbənin əməkdaşları Əmin Əfəndiyev və Zakirə Əliyeva mart ayının 12-dən 16-na kimi Rusiya Elmlər Akademiyası M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda ezamiyyətdə olmuşlar.

İnstitutun strukturunda - Ədəbiyyat nəzəriyyəsi, Folklor, Qədim slavyan ədəbiyyatı, Klassik rus ədəbiyyatı, XIX əsrin sonu-XX əsrin əvvəlləri rus ədəbiyyatı, Yeni rus ədəbiyyatı və rus mühacir ədəbiyyatı, A.M.Qorkinin yaradıcılığının öyrənilməsi və nəşri, A.M.Qorkinin arxivi, A.M.Qoki Muzeyi, Rusiya və MDB xalqları ədəbiyyatı, Qərb klassik ədəbiyyatı və müqayisəli ədəbiyyatşünaslıq, Yeni dövr Avropa və Amerika ədəbiyyatı, Asiya və Afrika ölkələri ədəbiyyatı, “Ədəbi irs”, Əlyazmalar, İnformasiya texnologiyaları, Aspirantura şöbələri vardır. Elmi Şura, Gənc Mütəxəssislər Şurası da fəaliyyətini davam etdirir.

İnstitutun müxtəlif şöbələrində görüşlər keçirilmiş, filoloji resursların yaradılması sahəsində texnoloji proseslər, təcrübə, qarşılıqlı professional məlumatların əldə edilməsi və işgüzar elmi-yaradıcılıq əlaqələrinin aparılması və s. istiqamətlərdə gələcək birgə fəaliyyətlərin layihələşdirilməsini nəzərdə tutan danışıqlar aparılmış və razılıqlar əldə edilmişdir. Əsasən “İnformasiya-texnoloji” və “Rusiya və MDB xalqları ədəbiyyatı” şöbələrində daha səmərəli və geniş çərçivədə görüşlər keçirilmişdir.

Filologiya sahəsində akademik çərçivədə informasiyalaşdırma proseslərinin uğurla həyata keçirilməsi, dünya ədəbiyyatı və ədəbiyyatşünaslıq elminə inteqrasiya sahəsində Rusiya EA M.Qorki adına Ədəbiyyat İnstitutu ilə əməkdaşlıq üçün əlaqələrin intensivləşməsinə böyük ehtiyac olması dönə-dönə qeyd edilmişdir. Ezamiyyətdən sonra əldə edilən biliklər, təcrübə nümunələrinin iş proseslərinə tətbiqini nəzərdə tutan təkliflər paketi hazırlanması nəzərdə tutulur. M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu ilə Nizami adına Ədəbiyyat İnstitutunun müvafiq şöbələri ilə birgə Azərbaycan ədəbiyyatı, ədəbiyyatşünaslıq və ədəbi əlaqələrə həsr edilmiş konfransların, videogörüşlərin, kollektiv monoqrafiya və biblioqrafik resursların işlənilməsi sahəsində təşəbbüslərin həyata keçirilməsi də nəzərdə tutulur.

Almaz ÜLVİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında