“Transplantologiya və anesteziologiya” mövzusunda beynəlxalq elmi konqres öz işinə başlamışdır

 

 

Aprelin 20-də Azərbaycan Tibb Universitetində (ATU) ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Transplantologiya və anesteziologiya” mövzusunda beynəlxalq elmi konqres öz işinə başlamışdır.

AzərTAc xəbər verir ki, konqresdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və  Şimali Kiprdən 100-dən çox mütəxəssis iştirak etmişdir.

Konqresin açılış mərasimindən əvvəl Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilmişdir.

Tədbiri giriş sözü ilə açan ATU-nun rektoru, akademik, Milli Məclisin deputatı Əhliman Əmiraslanov mövzunun aktuallığından danışmış, orqan nəqlinin son illərdə ölkəmizdə geniş vüsət aldığını bildirmiş və konqresin işinə uğurlar arzulamışdır.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun isə çıxışında ölkələrimiz arasında gündən-günə möhkəmlənən dostluq əlaqələrindən danışmış, konqresin gənc mütəxəssislər üçün faydalı olacağını, türkdilli ölkələrin klinikaları arasında əlaqələri daha da möhkəmləndirəcəyini bildirmişdir.

Azərbaycanda transplantologiyanın tarixindən danışan səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirmişdir ki, hələ 1971-ci ildə ölkəmizdə ilk dəfə 4 böyrək köçürülməsi əməliyyatı keçirilmişdir. Son 5 ildə isə Azərbaycanın ən müasir tibb avadanlıqları ilə təchiz olunmuş səhiyyə müəssisələrində 100-dək orqan köçürülməsi əməliyyatı uğurla aparılmışdır. Qeyd etmişdir ki, bu uğurların qazanılmasında dost və qardaş Türkiyənin bu sahə ilə məşğul olan mütəxəssislərinin rolu danılmazdır.

Azərbaycanda səhiyyəyə dövlət qayğısından danışan nazir müavini, eyni zamanda, ölkəmizdə transplantologiya üzrə mükəmməl qanunvericilik bazasının olduğunu da diqqətə çatdırmışdır.

Türkiyənin Səhiyyə Nazirliyinin məsul nümayəndəsi Kamran Özdən konqresin təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulamışdır. Demişdir ki, Türkiyəli həkimlər azərbaycanlı həmkarlarını öyrətməyə yox, öz bilik və bacarıqlarını bölüşməyə gəlmişlər.

Türkiyənin Anestezioloji və Reanimasiya mütəxəssisləri rəhbəri, professor Merak Kanbak konqresin qardaş ölkə Azərbaycanda keçirilməsindən şərəf duyduğunu demişdir. O, konqresin təşkilinə yaradılan şəraitə görə Azərbaycan tərəfə minnətdarlığını bildirmişdir.

Çıxışlardan sonra konqres panel iclaslarında işini davam etdirmişdir. İclaslarda səhiyyənin ən vacib sahələrindən olan transplantologiya və anesteziologiyaya dair ən son yeniliklər və problemlərlə bağlı məruzələr dinləniləcək və müzakirələr aparılacaqdır.

 

Konqres öz işini aprelin 22-də başa çatdıracaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında