Bakıda “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu və problemləri” mövzusunda III respublika elmi konfransı

 

 

Aprelin 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində (MATM) ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu və problemləri” mövzusunda III respublika elmi konfransı işə başlamışdır.

Konfransı açan muzeyin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı müzakirəyə çıxarılan mövzunun əhəmiyyətini vurğulamışdır.

 Akademik Nailə Vəlixanlının “Heydər Əliyev və Azərbaycanda muzey işi” mövzusunda məruzəsi böyük maraqla qarşılanmışdır.

Nailə Vəlixanlı bildirmişdir ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində digər sahələrlə yanaşı, muzeylərə, o cümlədən Milli Azərbaycan Tarixi Muzeyinə böyük diqqət və qayğı göstərmişdir. Bu gün də həmin siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Konfransda “Heydər Əliyev və Azərbaycan xalçaçılıq sənəti”, “Musiqi əsərlərinin unudulmasının qarşısının alınmasında muzeylərin rolu”, “Tarixi və bədii yaddaşın vəhdəti”, “İçərişəhərdə konservasiya olunmuş arxeoloji qazıntı sahələri tariximizi təbliğ edən açıq səma altında muzey kimi” və digər mövzularda məruzələr dinlənilmişdir. Məruzələrdə Azərbaycan tarixi üçün aktual problemlərə toxunulmuş, gələcək nəsillərin tarixi keçmişimizə hörmət və məhəbbət ruhunda yetişməsində muzeylərin əhəmiyyəti diqqətə çatdırılmışdır.

Konfrans iştirakçıları, həmçinin muzeylərdə elmi fond, ekspozisiya işi və Azərbaycan tarixinin öyrənilməsi, muzey pedaqogikası və tarixi tədqiqatlar, Azərbaycan tarixinin təbliğində muzeylərin təhsil müəssisələri ilə qarşılıqlı əlaqələri, həmin məsələlər ətrafında aparılan fikir mübadiləsinin tariximizin dərindən öyrənilməsində və təbliğində, elmi-tədqiqat işlərinin aparılmasında əhəmiyyətli məsələlərini müzakirə etmişlər.

Plenar iclas və bölmələrlə işini davam etdirən konfrans aprelin 19-da başa çatacaqdır.

Konfransın materialları toplu şəklində çap olunacaqdır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında