“Heydər Əliyev və Azərbaycanın müasir xarici siyasəti” mövzusunda “dəyirmi masa”

 

 

Aprelin 18-də Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycanın müasir xarici siyasəti” mövzusunda “dəyirmi masa” keçirilmişdir.

Tədbirdə ADİU-nun rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev bildirmişdir ki, “dəyirmi masa”nın məqsədi Azərbaycanın xarici siyasətinin həm əvvəlki, həm də müasir dövrünə yeni rakursdan nəzər salmaqdır. Azərbaycanda bütün sahələrdə olduğu kimi xarici siyasətdə də uğurlar əldə edilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Müstəqilliyimizin ilk illərində ölkəmizin parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyev dühası və dərin zəkası ilə respublikamızı  bütün sahələrdə gedən ağır və böhranlı vəziyyətdən   xilas etmişdir. Məhz müdrik rəhbər Heydər Əliyev tərəfindən Azərbaycanın ümummilli inkişaf strategiyası formalaşdırılmış,  dövlətçiliyimiz bütün atributları ilə bərpa edilmişdir.

Azərbaycanın Cənubi Qafqazın lider ölkəsinə çevrildiyini vurğulayan rektor ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasət nəticəsində respublikamızın beynəlxalq aləmdə nüfuzunun gündən-günə artdığını xüsusilə diqqətə çatdırmışdır.

Milli Məclisin deputatları Aydın Mirzəzadə, Asim Mollazadə və Zahid Oruc Azərbaycanın uğurlu daxili və xarici siyasətinin əsasının müdrik siyasi xadim Heydər Əliyev tərəfindən qoyulduğunu, məhz onun dövlətçilik bacarığı və uzaqgörənliyi sayəsində mürəkkəb regionda yerləşən Azərbaycanın xarici siyasətdə uğurlarının reallaşdığını qeyd etmişlər. Müdrik rəhbər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Ulu öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. Siyasət aləmində çox güclü, səriştəli və təcrübəli müdrik dövlət xadimi olan Heydər Əliyev qısa bir müddətdə xarici siyasət sahəsində böyük dönüş yaratmış, dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başlamışlar. Ən çətin anlarda belə Heydər Əliyev yenilməz siyasi iradə nümayiş etdirmiş, milli dövlətçiliyimizi, mənafelərimizi müdafiə etmişdir. Ümummilli lider qarşıda duran vəzifələri həll etmək üçün yalnız siyasi-diplomatik üsula üstünlük vermiş, Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərini konkret geosiyasi və tarixi şəraitə uyğun müəyyənləşdirmişdir. Ulu öndər Heydər Əliyev ölkəmizin xarici siyasətini Azərbaycan xalqının milli mənafelərinin təmin olunması prinsipləri üzərində qurmuş və bu istiqaməti uğurla inkişaf etdirmişdir.

Diqqətə çatdırılmışdır ki, Heydər Əliyevin xarici siyasət kursunun bu gün layiqincə davam etdirilməsi Azərbaycanın uğurlarının daha da artması ilə nəticələnmişdir. 

“Dəyirmi masa”da digər çıxış edənlər müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin ölkəmizin uğurlu xarici siyasətinin formalaşmasında gördüyü misilsiz xidmətləri bir daha xatırlatmış və belə tədbirlərin davamlı olaraq keçirilməsi fikrini səsləndirmişlər.

Sonda iştirakçıların sualları cavablandırılmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında