Tələbələr arasında dövlət rəmzləri təbliğ olunur

 

 

 

 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Türkiyə Universitetləri Məzunları  İctimai Birliyinin(TUMİB) həyata keçirdiyi layihə çərçivəsində  Azərbaycan Turizm İnstitutunda “Dövlət rəmzlərimizi sevək və sevdirək” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüsal Quliyev, Azərbaycan Turizm İnstitutunun dekanı Sevda Vəzirova və başqaları  həyata keçirilən layihənin aktuallığından danışmış, gəncləri bu işdə fəal olmağa çağırmışlar.

Tədbir iştirakçılarına dövlətçilik atributlarımız – bayrağımız, gerbimiz və himnimiz, onların yarandığı tarixi-siyasi vəziyyət barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, dövlət rəmzləri dövlətçilik ənənələrini əks etdirməklə bərabər, həm də ölkənin tarixi keçmişindən gələn və gələcəyə istiqamətlənən özünəməxsusluğun simvoludur. Dövlət rəmzlərimizi qorumaq və sevmək hər bir ölkə vətəndaşının müqəddəs borcudur.

Tədbirdə dövlətimiz tərəfindən rəmzlərimizə yüksək qiymət verildiyi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə hər il noyabrın 9-nun “Dövlət Bayrağı Günü” kimi qeyd edildiyi nəzərə çatdırılmış, tələbələrin çoxsaylı sualları cavablandırılmışdır. Sonda tələbələrə TUMİB tərəfindən diplomlar təqdim olunmuşdur.

Z. BƏŞİRQIZI, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında