Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının I Ümumdünya Forumu çərçivəsində Bakıda “Təhsil ölkə və xalqların dəyər oriyentirlərinin və qarşılıqlı anlaşmasının əsasıdır” mövzusunda sessiya olmuşdur

 

 

Aprelin 12-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) məzunlarının I Ümumdünya Forumu çərçivəsində “Təhsil ölkə və xalqların dəyər oriyentirlərinin və qarşılıqlı anlaşmasının əsasıdır” mövzusunda sessiya keçirilmişdir.

Rusiya Prezidentinin MDB işləri üzrə xüsusi nümayəndəsi, MDBMİ-nin Qəyyumlar Şurasının üzvü K.Kosaçevin moderatorluq etdiyi sessiyada diskussiya iştirakçıları cəmiyyətin mədəni inkişafında, qarşılıqlı anlaşma problemlərinin həllində, münaqişələrə gətirib çıxaran məsələlərin ortadan qaldırılmasında təhsilin rolunu müzakirə etmişlər.

BMT Baş katibinin Əfqanıstandakı xüsusi nümayəndəsi Yan Kubiş mövzu ilə bağlı fikirlərini bölüşərək demişdir ki, münaqişələrin qarşısının alınmasında təhsil heç də sonuncu rol oynamır. Onun fikrincə, təhsilin səviyyəsinin aşağı olduğu Əfqanıstanda bu məsələ daha kəskin təzahür edir. Y.Kubiş hesab edir ki, qadınların təhsil alması xüsusilə böyük əhəmiyyət daşıyır ki, bu da diqqətli münasibət tələb edir.

Ukrayna Baş nazirinin birinci müavini Konstantin Qrişşenko ölkəsində təhsil islahatlarından danışaraq bildirmişdir ki, MDBMİ məzunlarının toplantısı bu ali məktəbin verdiyi təhsilin nüfuzundan xəbər verir.

Vyetnam xarici işlər nazirinin müavini Nquyen Fyonq Nqa  forumun təşkilinə görə Prezident İlham Əliyevə və MDBMİ-nin rektoru Anatoli Torkunova minnətdarlığını bildirmişdir. Təhsilin çox vacib yumşaq güc vasitəsi olduğunu vurğulayan natiq demişdir: “Təhsil cəmiyyəti irəli apara, inkişaf səviyyəsini xeyli yüksəklərə qaldıra bilər”.

Azərbaycan ilə Rusiyanın onun ölkəsi üçün çoxlu kadr yetişdirməyə kömək etdiyini bildirən Nquyen Nqa demişdir: “Hazırda ölkəmin rifahı naminə çalışan bu kadrlar cəmiyyətin həyatının müxtəlif sahələrində işləyirlər”. N.Nqa bildirmişdir ki, hazırda Azərbaycanda 30-dan çox vyetnamlı tələbə neft-qaz ixtisasları üzrə təhsil alır.

 Slovakiya Baş nazirinin birinci müavini, xarici və Avropa işləri naziri Miroslav Layçak demişdir ki, vaxtilə MDBMİ-də ali təhsil almışdır. O, Slovakiyada təhsilin vəziyyətindən danışmış, bildirmişdir ki, hazırda ölkə iqtisadiyyatında inkişaf müşahidə olunur, müxtəlif sahələrə investisiyalar yatırılır. Bununla yanaşı, Slovakiyanın kadr hazırlanmasında islahatlara da ehtiyac duyduğunu vurğulayan nazir demişdir: “Texnologiyalar sürətlə inkişaf edir. Odur ki, kadrların iqtisadiyyatın inkişaf səviyyəsinə cavab vermələrinə ehtiyac vardır”.

Rusiyanın mədəniyyət naziri Vladimir Medinski bildirmişdir ki, MDBMİ bütün məzunlara məqsədə çatmağı öyrətmişdir. O demişdir: “Müxtəlif ölkələrin rəhbərliyində nə qədər çox MDBMİ məzunu olsa, problemlər bir o qədər az olar, çünki elə problem yoxdur ki, MDBMİ məzunları onun həllinin öhdəsindən gələ bilməsinlər”. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında