Düşündürən yazıçı

Bu günlərdə  yazıçı Qəşəm Aslanın “Seçilmiş əsərləri”ndən ibarət kitab işıq üzü görüb. Nəşrin redaktoru və ön sözünün müəllifi filologiya elmləri doktoru Almaz Ülvidir.  Kitab yazıçının “Saymazovun salamı” və “Məğlub ölüm” kitablarında nəşr olunmuş əsərlərin məcmusudur. Hər kəsə yaxşı məlumdur ki,“Saymazovun salamı” və “Məğlub ölüm” kitabları  vaxtilə kiril əlifbası ilə nəşr edilmişdir . Qəşəm Aslanın yeni nəşr olunan “Seçilmiş Əsərləri” ndə  əsas  məqsəd yazıçının bu gün də aktuallığını itirməyən əsərlərini ilk dəfə latın qrafikasında oxuculara təqdim etməkdir. Kitabda ədibin həyat və yaradıcılığı, müxtəlif illərdə qələmə aldığı povest və hekayələri, uşaqlara aid lirik və bədii lövhələri, hikmətli sözləri, məqalələri, miniatür və satiraları öz əksini tapıb.   

  Kitab nəfis tərtibatla nəşr olunub. Kitabda “Ömürdən səhifələr ” adlı bədii lövhədə publisistin özünün qələmə aldığı  tərcümeyi-halı yer alıb. Bu bölmədə oxucular Qəşəm Aslanın keçdiyi həyat yolunun vacib məqamları ilə tanış ola bilərlər. Qəşəm Aslanın yaradıcılığına nəzər saldıqda, onun zəngin mütaliə sahibi olduğunu aydın görmək olar. Nəşrdə “Unuda bilmədiyim gün ” başlıqlı əsərində yazıçının həyat müşahidələri və sənədli faktları yer alır.  Ön sözün müəllifi filologiya elmləri doktoru, professor Almaz Ülvi yazıçı haqqında söyləyir: “Qəşəm Aslan həyata jurnalist, ədəbiyyatçı kimi atıldı, lakin onun iti zəkası, fitrətdən fazilliyi məsul vəzifələrə--dövlət işinə aparıb çıxardı. Tam əminliklə deyə bilərəm ki, Qəşəm Aslan  bütün enerjisini, gücünü, vaxtını, zamanını ədəbiyyata həsr etsəydi, o, XX əsrin Azərbaycan ədəbi aləmində xüsusi yeri, sanbalı olan yazıçı ola bilərdi. Lakin həyat başqa istiqamətə, daha vacib məqsədlərə yol almışdı....”

 

Qəşəm Aslanın yaradıcılığını sevən hər kəs bu kitabdan bəhrələnə və  dəyərli mənbə kimi istifadə  edə bilər.

 Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında