Azərbaycan Dillər Universitetində akademik Zərifə xanım Əliyevaya həsr olunmuş “dəyirmi masa” keçirilmişdir

 

 

 

Aprelin 10-da Azərbaycan Dillər Universitetində (ADU) görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş “Qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı” mövzusunda “dəyirmi masa” keçirilmişdir.

ADU-dan AzərTAc-a bildirmişlər ki, əvvəlcə Sevil Əliyevanın sözlərinə bəstələnmiş “Ana” mahnısı səslənmişdir.

Tədbirdə universitetin dosenti Sevda Zamanova akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinin keçirilməsi haqqında   Prezident  İlham Əliyevin  2013-cü il 7 fevral tarixli  Sərəncamının əhəmiyyətini qeyd etmişdir. S.Zamanova gözəl ana və həyat yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim Zərifə xanım Əliyevanın həyatı, elmi  fəaliyyəti ilə bağlı geniş məlumat vermişdir.

Zərifə xanım Əliyevanın müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olduğu diqqətə çatdırılmışdır. Elmi fəaliyyəti ilə yanaşı,   qəlblərində daim Azərbaycan sevgisi yaşadan, Vətənin qüruru sayılan iki övlad yetişdirmiş Zərifə xanım Əliyevanın qazandığı fəxri adlar, elmi titullar, mükafatlar sırasında ən şərəflisinin “ana” adının olduğu vurğulanmışdır.

 Bildirilmişdir ki, qısa ömür sürmüş görkəmli akademikin    işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq və qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır. 

Sonra ADU-nun tələbələri akademik Zərifə Əliyeva haqqında Azərbaycan və rus dillərində elmi məruzələrlə çıxış etmişlər.

“Dəyirmi masa” müzakirələrlə davam etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında