Birinci xanım Mehriban Əliyeva Bakıdakı iki körpələr evi-uşaq bağçasında əsaslı təmirdən sonra yaradılmış şəraitlə tanış olmuşdur

 

 

Aprelin 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonundakı 60 və 77 nömrəli körpələr evi-uşaq bağçalarında əsaslı təmir və yenidənqurmadan sonra yaradılmış şərait ilə tanış olmuşdur.

Azərbaycanın birinci xanımı əvvəlcə 60 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmirdən əvvəlki vəziyyətini əks etdirən fotostendlə, daha sonra isə bağçadakı şəraitlə tanış oldu.

Məlumat verildi ki, 1961-ci ildə inşa edilmiş binada indiyədək heç vaxt bu cür təmir işləri aparılmamışdır.

Qeyd edilmişdir ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq burada yenidənqurma işlərinə 2012-ci ilin martından başlanılmışdır. Bağçada 2-6 yaş arası 75 uşağın təlim-tərbiyəsi ilə 8 tərbiyəçi, 1 musiqi müəllimi məşğul olur.

Müəssisədəki 4 yataq otağı, 4 qrup otağı, musiqi və idman zalı, mətbəx tamamilə yenilənmişdir. Otaqların hamısı Heydər Əliyev Fondunun hədiyyəsi olan zəruri inventarla təchiz olunmuşdur. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından bağçaya mebel, soyuducu, televizor, uşaq oyuncaqları və digər zəruri əşyalar hədiyyə edilmişdir.

* * *

Daha sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 77 nömrəli körpələr evi-uşaq bağçasına gəlmişdir. Bu məktəbəqədər təhsil müəssisəsi də əsaslı təmirdən sonra öz qapılarını balacaların üzünə açmışdır.

Müəssisənin əvvəlki vəziyyətini əks etdirən fotolara baxan Mehriban xanım Əliyevaya məlumat verildi ki, bu bina 1963-cü ildə inşa olunmuş, ötən illər ərzində tam yararsız vəziyyətə düşmüşdür. Bakının və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafını nəzərdə tutan Dövlət Proqramına uyğun olaraq 2012-ci ildən burada aparılan yenidənqurma işlərindən sonra bağça yeni və müasir görkəm almışdır.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya məlumat verildi ki, ikimərtəbəli binada 5 qrup, 5 yataq, həkim otaqları, musiqi və idman zalları, mətbəx yenilənmişdir. Burada 2-6 yaş arası 95 uşaq tərbiyə alır. Balacaların təlim-tərbiyəsi ilə ümumilikdə 26 nəfər məşğul olur. Bu məktəbəqədər təhsil ocağına da bütün avadanlıq Heydər Əliyev Fondu tərəfindən hədiyyə olunmuşdur.

Mehriban xanım Əliyeva hər iki bağçada yaradılmış şəraitdən razılığını bildirdi.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında