Bakı Ali Neft Məktəbinin rəhbərliyi Zərifə Əliyeva adına liseydə

 

 

 

Bakı Ali Neft Məktəbinin (BANM) rəhbərliyi ilə akademik Zərifə Əliyeva adına liseyin kollektivinin görüşü keçirilmişdir. Tədbiri giriş sözü ilə açan liseyin direktoru Məhəbbət Vəliyeva bu təhsil ocağının kollektivi adından qonaqları salamlayaraq, BANM ilə əməkdaşlıqdan məmnunluq hissi keçirdiklərini bildirmişdir. M.Vəliyeva qeyd etmişdir ki, liseyin ötən tədris ili buraxılışında 600-dən yuxarı bal toplayan 10 məzunu hazırda BANM-in tələbəsidir.

BANM-in rektoru Elmar Qasımov çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan uğurlu təhsil islahatlarından söhbət açaraq vurğulamışdır ki, BANM-in yaradılması və qısa zaman ərzində yüksək uğurlar əldə etməsi məhz ölkə başçısının “Neft kapitalını insan kapitalına çevirək” devizinin əyani sübutudur. Rektor daha sonra demişdir ki, BANM-in yaradılmasında əsas məqsəd inkişaf edən ölkəmizin və ARDNŞ-in həyata keçirdiyi beynəlxalq layihələrdə işləyə biləcək ingilisdilli, müasir biliklərə malik kadrların hazırlanmasıdır. Ən müasir standartlara uyğun tədris prosesinin qurulduğu ali məktəblə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri mövcuddur. Əldə olunmuş razılaşmaya əsasən, BANM-də tədrisin təşkili, onun gedişinə nəzarət, biliklərin qiymətləndirilməsi Heriot-Vatt Universitetinin tələblərinə uyğun həyata keçirilir və bunun nəticəsi olaraq məzunlara həm BANM-in, həm də Heriot-Vatt Universitetinin diplomları veriləcək. Bir il öncə iki ixtisas üzrə (“Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi”) tələbə qəbuluna başlayan ali məktəbdə növbəti tədris ilində neft-qaz və neft-kimya sahəsi üçün mühüm əhəmiyyət kəsb edən yeni bir ixtisas - “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” də açılacaqdır.

 

E.Qasımov qeyd etmişdir ki, BANM eyni zamanda, İslam Dünyası Universitetləri Federasiyasının üzvüdür. O, BANM-in qısa zaman ərzində əldə etdiyi uğurlardan danışaraq xatırlatmışdır ki, TQDK-nın 2012/2013-cü tədris ilində ali təhsil müəssisələrinin reytinq cədvəlində BANM I yer qazanmış və bir çox göstəricilərə görə ali məktəblər arasında liderdir. I qrup ixtisasları üzrə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan 234 nəfərin 120-si məhz BANM-ə daxil olmuşdur. Rektor E.Qasımov akademik Z.Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyevaya BANM ilə əməkdaşlıq əlaqələrinin genişləndirildiyinə görə “Təşəkkür” plaketi, liseyin 7 müəlliminə BANM-ə qəbul olunmuş yüksək səviyyəli şagirdlər yetişdirdiklərinə görə “Təşəkkür” plaketi və kompyuter hədiyyə vermişdir. Şagirdlərə BANM haqqında ətraflı məlumatları özündə əks etdirən xüsusi hazırlanmış bukletlər paylanılmışdır.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında