AMEA Rəyasət Heyətinin iclası

 

 

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Akif Əlizadə açmışdır. O, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2013-cü ilin “İnformasiya texnologiyaları ili” elan edilməsinin xüsusi əhəmiyyətini vurğulayaraq, bu sahədə Azərbaycanda görülən işlər barədə məlumat vermişdir. İnformasiya-kommunikasiya texnologiyaları üzrə Azərbaycan alimlərinin də uğurlu tədqiqat işləri apardıqlarını nəzərə çatdıran akademik bu sahədə tədqiqatların daha da genişləndirilməsi və əsaslı elmi proqram hazırlanmasının zəruriliyini qeyd etmişdir.

Sonra AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev “İnformasiya cəmiyyətinin formalaşmasının multidistiplinar elmi-nəzəri problemləri və onların ölkəmizdə araşdırılması vəziyyəti” mövzusunda elmi məruzə ilə çıxış etmişdir. İKT-nin inkişaf mərhələləri, informasiya inqilabları barədə ətraflı söhbət açan alim cəmiyyət həyatında informasiya texnologiyalarının əhəmiyyətindən danışmışdır.

Qeyd edilmişdir ki, informasiyanın yaradılması, qeyd olunması və ötürülməsi istiqamətində cəmiyyət həyatında qlobal dəyişikliklər baş vermiş, müxtəlif baxışlar sistemi əmələ gəlmişdir. Bu sahədə bir sıra beynəlxalq təsisatların yaradılması geniş vüsət almışdır. İKT sahəsində Azərbaycanda da beynəlxalq tədbirlərin keçirildiyi qeyd edilərək, ölkə başçısı tərəfindən bu sahənin inkişafına xüsusi diqqət yetirildiyi vurğulanmış, informasiya cəmiyyətinin qurulması və bu sahənin inkişafı ilə bağlı təkliflər irəli sürülmüşdür. Qeyd olunmuşdur ki, genişzolaqlı internet şəbəkəsi sanki təbiəti fəth etməyə başlamış, hazırda “ağıllı” internetin yaradılması üzrə işlər  davam etdirilir. Azərbaycanın region ölkələri içərisində lider dövlətə çevrildiyini vurğulayan natiq bundan sonra da bir sıra texnologiyaların işlənib hazırlanmasının əhəmiyyətindən danışmışdır.

Akademiklər Ə.Əmiraslanov, T.Əliyev, A.Hacıyev, A.Həşimov, müxbir üzvlər V.Abbasov, K.Abdullayev, T.Kərimli, Y.Mahmudov, A.Qəribov və başqaları məruzə ətrafında çıxış etmişlər.

Elmi məruzə bəyənilmiş, Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul edilmişdir.

Sonra gündəlikdə nəzərdə tutulan elmi-təşkilati və kadr məsələlərinə baxılmışdır.

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında