Türkiyə və Azərbaycan arasındakı əlaqələrdə tələbələr də böyük bir körpüdür

 

 

Bu fikir İzmir Üniversitetinin  rektoru Prof. Kayhan Erciyeş ilə Dünya Azərbaycanlıları Konqresinin sədr müavini  Dr. Asif Qurbanın görüşündə səslənmişdir. Həmyerlimizi qəbul edən rektor bu gün Türkiyə və Azərbaycan arasındakı əlaqələrin inkişaf tempini yüksək dəyərləndirmiş və Türkiyəyə tələbə axınının böyük əhəmiyyət daşıdığını vurğulamışdır.

-Bu gün qardaş Türkiyə həm də azərbaycanlı tələbələrin ən çox üz tutduğu bir ölkədir, – fikrini söyləyən Asif Qurban bu meyllərin ilbəil artdığını da vurğulamışdır. Təkcə ötən il 150 azərbaycanlı gənc dövlət, 2500 nəfər özəl xətlə qardaş ölkədə oxumağa getmişdir. Türkiyədə 102 dövlət və 52 vakıf (özəl) universitet olmaq üzrə 154 universitet vardır. Bu universitetlər Türkiyənin bütün şəhərlərinə yayılmışdır, bunlardan 58-i İstanbul, Ankara və İzmir kimi üç böyük şəhərin payına düşməkdədir. İzmirdə 3 dövlət və 4 özəl universit yerləşir. İzmir universitetləri mehriban və qonaqsevər mühiti, zəngin mədəniyyəti, Aralıq dəniz iqlimi, tələbələrə əsaslanan cəmiyyət, daha ucuz həyat şəraiti, Qərb və Şərq, Avropa və Asiya arasında körpü, artan iş imkanları, sadə viza imkanları, zəngin yemək mədəniyyəti, əbədi dostluq munasibətləri ilə diqqəti cəlb edir. Türkiyənin yataqxana imkanları çox yaxşıdır. Bu sahədə tələbələrə ciddi köməkliklər edilir. Hətta bir çox universitet Azərbaycandan gedən tələbələrə üstünlük verir və onları daha əvvəl yerləşdirir.

Görüşdə Türkiyə və Azərbaycanda ortaq  təhsil və sosial sahələrdə aparılacaq işlərdən də bəhs edilmiş və xüsusi olaraq  Azərbaycanın önəmli günlərinin İzmir Üniversitetində də qeyd olunması qərarlaşdırılmışdır. Bu çalışmaların daha  uğurla davam edəcəyini vurgulayan  Asif Qurban bu görüşlərin hər iki tərəf üçün  çox faydalı olacağından məmunluğunu bildirmişdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında