Doktoranturaya qəbul qaydaları açıqlandı

Milli Elmlər Akademiyası bu ilin payızında doktorantura təhsil pilləsinə qəbul imtahanının keçiriləcəyini açıqlamışdır.
Bəs görəsən bu il doktoranturaya qəbul ölkənin hansı ali məktəblərində və elmi təhsil müəssisələrində həyata keçiriləcək? Bu barədə sualı AMEA-nın Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlu Nazirlər Kabinetinin bu günlərdə təsdiqlədiyi "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları" haqqında məlumat verərkən cavablandırıb. O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən ali və elmi təhsil müəssisələrinin hansılarında doktoranturaya qəbulun mümkün olub-olmaması Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyinin rəyləri, Nazirlər Kabinetinin qərarı əsasında müəyyənləşəcək.
Onun sözlərinə görə, doktoranturaların yaradılması haqqında vəsatət ali təhsil müəssisələrinin və elmi təşkilatların sifarişləri əsasında onların tabe olduqları müvafiq qurumlar tərəfindən Nazirlər Kabinetinə təqdim edilməlidir.
Doktoranturada təhsil müvafiq proqramlar əsasında həyata keçiriləcək. Bu təhsil pilləsində istehsalatdan ayrılmaqla əyani və istehsalatdan ayrılmamaqla qiyabi formada təhsil almaq nəzərdə tutulur. Doktoranturalara təhsili həyata keçirən ali təhsil müəssisələri, elmi təşkilatlar yüksək səviyyəli elmi və elmi pedaqoji kadr hazırlığını dissertantura yolu ilə də həyata keçirə biləcək: "Dissertantlıq yolu əvvəl də var idi, yenə də saxlanılıb. Bundan sonra doktorantura ilə yanaşı, dissertantlıq yolu ilə kadr hazırlığını aparmaq mümkün olacaq", - deyə AMEA-nın Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlu bildirib.
Elmi katibin sözlərinə görə fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3, qiyabi təhsilin müddəti 4 , dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4, qiyabi 5, dissertantlıq yolu ilə 3 ildir. Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsilin müddəti qanunvericiliyə uyğun olaraq, uzadıla da bilər.
Daha bir yenilik isə doktoranturada dissertantlıq yolu ilə təhsilini başa çatdıran məzunlara təhsil aldıqları müəssisənin müvafiq arayışı və yaxud imtahanların verilməsi haqqında vəsiqənin verilməsi olacaq: "Əgər kimsə doktoranturanı bitirib müdafiə etməyibsə də, ona bu təhsilin mərhələsini keçməsi haqqında bir arayış veriləcək. Bu arayış müsabiqə əsasında işə götürülməyə, kadr seçimində həmin şəxsə üstünlük verməyə imkan yaradacaq".
AMEA nümayəndəsi əlavə edib ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan, yaxud ali təhsilin ya magistratura səviyyəsini bitirən, ya da təhsili ona bərabər tutulan (əvvəllər 5 illik təhsil alanlar), tibbi təhsildə həkim və tibbi mütəxəssislər müraciət edə bilərlər. Doktoranturaya Azərbaycan vətəndaşları müsabiqə əsasında qəbul olunacaq.
Qeyd edək ki, doktoranturaya sənəd qəbulunun sentyabr-oktyabr aylarında aparılması nəzərdə tutulur.{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında