Novruz bayramına həsr olunmuş tədbir keçirilmişdir

 

 

Bu günlər hər yerdə xalqımızın milli bayramı olan Novruz böyük təntənələrlə qeyd olunur. Martın  18-də Azərbaycan Turizm İnstitutunda Novruz- Bahar bayramı münasibətilə tədbir keçirildi.

 ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov Novruz şənliyinə toplaşanları bayram münasibətilə təbrik etdi. O, üzünü tədbir iştirakçılarına tutaraq Novruzun Asiya ölkələrində də xüsusi təntənə ilə qeyd edildiyini diqqətə çatdırdı. Hər birimizin təbiətin oyanışı saatını, dəqiqəsini səbirsizliklə gözlədiyimizi, il təhvil olan anadək ürəyimizdə tutduğumuz diləklərin qəbul olunacağına inandığımızı dedi. O, “Qazax xalqı bu bayramı Nauruz – yəni yazın doğulması, türkmənlər mart ayını Novruz adlandırır və bayramın simvolunun Novruz baba, gənc Bahargül olduğunu deyirlər. Mart ayını Novruz adlandıran qırğızlar həmin gün doğulan oğlan uşağına Novruzbəy, qıza isə Novruz və ya Novruzgülü adı qoymaqla bu bayrama böyük önəm və diqqət verdiklərini nümayiş etdirirlər. Azərbaycanda isə Novruzun necə xüsusi təmtəraqla, şənliklə qeyd olunması hamımıza məlumdur. Bugünkü toplantı – bayram şənliyimiz Novruza, Bahar bayramına olan sevgimizin, milli-mədəni kimliyimizin möhürünə sədaqətimizdir”- fikrini xüsusi vurğuladı.

Rektor C. Cəfərov çıxışının sonunda Novruz bayramının UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini, 2010-cu ildən isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-nin  “Beynəlxalq Novruz günü” elan olunduğunu bildirdi.

Novruz şənliyinə dəvət edilmiş Azərbaycanın əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev və xalq artisti Şəfiqə Eyvazova ölkəmizdə muğam sənətinə, milli musiqi alətlərimizə və ifaçılarımıza verilən diqqət və qayğıdan söz açdılar. Hər iki sənətkar rəngarəng ifaları ilə məclisi şənləndirdilər və tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandılar.

Toplantı institut tələbələrinin hazırladıqları xüsusi bayram proqramı ilə sona çatdı.

Z. BƏŞİRQIZI,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında