Kiyevdə “Heydər Əliyev: Milli təhsil və milli tərbiyə (anadan olmasının 90 illiyi münasibətilə)” beynəlxalq elmi-praktik konfransı keçirilmişdir

 

 

Martın 14-də Regionlararası Heyəti İdarəetmə Akademiyasının (RHİA) Yaroslav Mudrı adına Beynəlxalq Kitabxana-İnformasiya Mərkəzinin Azərbaycan və Ukraynanın dövlət bayraqları, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti və zümrüd rəngli səməni ilə bəzədilmiş konfrans salonunda “Heydər Əliyev: milli təhsil və milli tərbiyə (anadan olmasının 90 illiyi münasibətilə)” mövzusunda beynəlxalq elmi-praktik konfransı keçirilmişdir.

Məlum olduğu kimi, RHİA sistemində Prezident Universitetinin struktur tədris bölməsi - Heydər Əliyev adına Ukrayna-Azərbaycan Sosial Elmlər və Özünüidarə İnstitutu müvəffəqiyyətlə fəaliyyət göstərir.

Ulu öndər Heydər Əliyevin yubileyinə həsr olunmuş tədbirin təşkilatçıları Azərbaycanın Kiyevdəki səfirliyi, RHİA, onun nurlu  adını daşıyan institut və Ukraynadakı Azərbaycanlı Gənclər İttifaqıdır (UAGİ).

Azərbaycan diplomatları, ali məktəbin professor-müəllim heyəti və tələbələri tərəfindən Heydər Əliyev adına İnstitutun qarşısında Azərbaycan xalqının ümummilli liderinin büstü önünə çiçək dəstələri düzüldükdən sonra elmi konfrans öz işinə başlamışdır.

Konfransın moderatoru RHİA-nın elmi iş üzrə prorektoru, professor Nikolay Qolovatı giriş nitqində xüsusi vurğulamışdır ki, Azərbaycanı Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyil və Odlar diyarının böyük oğlu təkcə Azərbaycana deyil, həm də Avropaya və bütün dünyaya məxsusdur.

Sonra Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndirilmişdir.

Ukraynanın Birinci televiziya kanalının AzTV ilə birgə yaratdığı ulu öndər Heydər Əliyevə həsr olunmuş sənədli filmi göstərilmişdir.

Sonra səfir Eynulla Mədətli gözəl iş şəraitinə görə konfransın təşkilatçılarına minnətdarlığını bildirmiş, görkəmli dövlət və siyasi xadim Heydər Əliyev haqqında xatirələrini bölüşmüşdür. Səfir, həmçinin qeyd etmişdir ki, ulu öndər həmişə gənclərin, o cümlədən tələbələrin qayğısına qalmış, ən qabiliyyətli gəncləri xarici ölkələrdəki nüfuzlu ali məktəblərə oxumağa göndərmişdir.

RHİA-nın rektoru, professor Anatoli Podolyak, H.Ə.Əliyev adına İnstitutun direktoru, professor İvan Bidzyura, səfirliyin müşaviri Nazim Əliyev, Kiyev Milli Aviasiya Universitetinin professoru Arif Quliyev, akademiyanın ukraynaşünaslıq kafedrasının müdiri, professor Yuri Şilov, UAGİ-nin sədri, siyasi elmlər namizədi Anar Tahirov, RHİA-nın teologiya və pravoslavlıq kafedrasının müdiri, ilahiyyat elmləri doktoru Dionisi Ata və başqaları da Azərbaycan xalqının dahi oğlu, Ukraynanın böyük dostu Heydər Əliyevdən, Azərbaycan dövlətçiliyindən, sürətlə inkişaf edən iqtisadiyyatından danışmışlar.

Beynəlxalq konfransın yekunları üzrə qətnamə qəbul edilmişdir. Sonra Heydər Əliyev adına İnstitutun ən yaxşı tələbəsi Yelena İvanenkonun Azərbaycanın Ukraynadakı səfirliyinin sertifikatı ilə təltif edilməsi və ona bu ölkədəki diplomatik nümayəndəliyimizin adlı təqaüdünün verilməsi mərasimi olmuşdur.

Sonda Azərbaycan diplomatı və ali məktəbin rəhbərliyi Azərbaycan və Ukrayna jurnalistləri üçün mətbuat konfransı keçirmişlər.

Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş təntənəli tədbir qəbulla başa çatmışdır.

Zeynal AĞAZADƏ

AzərTAc-ın xüsusi müxbiri

Kiyev


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında