Dövlət İdarəçilik Akademiyasında yerli özünüidarəetmənin inkişafına dair təlim-seminar iştirakçılarına sertifikatlar verilib

 

 

Martın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bələdiyyələrin rəhbər heyəti üçün keçirilmiş təlim-seminarları bitirənlərə sertifikatlar təqdim edilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun (TODAİE) rektoru professor Eyyub Günay İsbir, Türkiyənin Azərbaycandakı səfirliyinin və digər qurumların nümayəndələri iştirak etmişlər.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov respublikamızda yerli özünüidarəetmənin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət və ardıcıl tədbirlərin əhəmiyyətindən danışmışdır. Rektor bu istiqamətdə atılan mühüm addımlardan birinin yerli özünüidarəetmənin inkişafı sahəsində görülən işlər olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, seminarın məqsədi də davamlı insan inkişafı sahəsində həyata keçirilən milli strategiyanın tərkib hissəsi olan idarəçilik üzrə həyata keçirilən islahatları təhlil etmək, yerli özünüidarəetmədə əldə olunan uğurları və nəticələri nəzərdən keçirmək, həmçinin inkişaf etmiş ölkələrin səmərəli təcrübəsinin tətbiqi imkanlarını, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsini araşdırmaq olmuşdur.

Seminarlarda yerli mütəxəssislərlə yanaşı, Türkiyə Respublikası Daxili İşlər, İnkişaf nazirlikləri, Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutu (TODAİE), həmçinin bələdiyyə idarəçiliyi sahəsində ixtisaslaşmış qurumlarının ekspertləri, eyni zamanda qardaş ölkənin aparıcı universitetlərinin mütəxəssisləri  iştirak etmişlər.

Sonda təlim-seminarları bitirənlərə sertifikatlar təqdim edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında