Böyük Britaniyanın Xarici və İttifaq məsələləri üzrə Ofisi katibinin daimi müavini Azərbaycan Diplomatik Akademiyasında mühazirə ilə çıxış etmişdir

 

 

Martın 14-də Böyük Britaniyanın Xarici və İttifaq məsələləri üzrə Ofisi katibinin daimi müavini və diplomatik xidmətin rəhbəri Saymon Freyzer Azərbaycan Diplomatik Akademiyasında (ADA) “Yüksək diplomatik xidmət” mövzusunda mühazirə ilə çıxış etmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə ADA-nın müəllim və tələbə heyəti, KİV-lərin nümayəndələri iştirak etmişlər. Yaxın Şərq üzrə mütəxəssis olan S.Freyzer əvvəlcə Böyük Britaniyanın xarici siyasəti, ölkəsinin prioritetləri barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.

Böyük Britaniyanın xarici siyasətində digər dövlətlərlə münasibətlərin bərqərar olması məsələsinin daim öz əhəmiyyətini qoruduğunu bildirən S.Freyzer, 7000 minə yaxın britaniyalının xarici ölkələrdə yerləşən diplomatik korpuslarda fəaliyyət göstərdiyini söyləmişdir.

S.Freyzer dövlətin xarici siyasətində 3 əsas istiqamətin – təhlükəsizlik, tərəqqi və xaricdə yaşayan vətəndaşlara xidmətin daim ön planda tutulmasının zəruri olduğunu vurğulamışdır.

Qonaq bildirmişdir ki, Böyük Britaniyanın xarici siyasətində məsuliyyət, yeniliklərə açıq olmaq, daxili, qeyri-hökumət və beynəlxalq qurumlarla əlaqələri bərqərar etmək mühüm prioritet məsələlər hesab olunur.

Bildirilmişdir ki, artıq sosial media kimi qeyri-hökumət təşkilatlarının fəaliyyəti ölkələrin xarici siyasətində böyük təsirə malikdir.

S.Freyzer Britaniyanın dünya ictimaiyyətində hələ də mühüm təsir dairəsinə malik olduğunu vurğulayaraq bildirmişdir ki, bu ölkədə fəaliyyət göstərən ali təhsil ocaqları, insan hüquqları institutları, teleyayım mərkəzləri qlobal əhəmiyyətini qorumaqdadır.

Diplomatların xaricdə xidməti məsələsinə toxunan S.Freyzer, bu prosesin böyük təcrübə tələb etdiyini, xarici dil biliklərinin burada mühüm rol oynadığını qeyd etmişdir.

Diqqətə çatdırılmışdır ki, gələcək diplomatlar insan hüquqları, vətəndaşlarla ünsiyyət kimi sahələrdə biliklərə malik olmalıdırlar.

S.Freyzer müasir dövrdə ingilis dilinin elm, biznes, diplomatiya və digər sahələrdə geniş istifadə olduğunu qeyd etmişdir, Bildirmişdir ki, gələcək diplomatlar bu dil üzrə biliklərini təkmilləşdirməlidirlər .

Dünyada cərəyan edən proseslər, münaqişələr barədə danışan S.Freyzer, bəzən diplomatların çox çətin şəraitlərdə işləməyə məcbur olduqlarını qeyd etmişdir. Sonda S.Freyzer tələbələrin suallarını cavablandırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında