Ali təhsil müəssisələrində təhsil haqları ƏDV-dən azad edilmişdir

 

 

Azərbaycanda ali təhsil müəssisələrinin əlavə dəyər vergisindən azad olunması ilə əlaqədar təhsil haqlarının aşağı düşməsi məsələsinə aydınlıq gətirilmişdir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədova Trend-ə bildirmişdir ki, Vergi Məcəlləsinə edilən dəyişiklik dövlət təhsil müəssisələrinin təhsil haqlarına təsir etməyəcək: “Çünki ödənişli tələbələrin təhsil haqqı əsasən təhsil müəssisəsinin müəllim heyətinin əmək haqqının ödənilməsinə yönəlir. Əmək haqlarının da tədricən artmasını nəzərə alaraq təhsil haqlarının aşağı salınmasını deyil, əksinə, artmasını gözləmək olar”.

Azərbaycan Müəllimlər Universitetinin (AMU) rektoru, millət vəkili Aqiyə Naxçıvanlı da bu məsələ ilə bağlı Trend-ə ƏDV-dən azad olunmanın təhsil haqlarına təsir göstərməyəcəyini deyib.

Bəzi özəl təhsil müəssisələrinin illik ödənişləri aşağı salması ilə bağlı qərara münasibət bildirən AMU rektoru deyib ki, özəl təhsil müəssisələrində təhsil haqqı dövlət təhsil müəssisələrinə nisbətən çox yuxarı səviyyədədir: “Onlar təhsil haqlarının aşağı salınması ilə bağlı qərar qəbul edə bilər. Dövlət təhsil müəssisələri isə büdcədən maliyyələşir, ona görə təhsil haqları ilə bağlı məsələ büdcə müzakirələri zamanı qaldırıla bilər”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci il dekabrın 29-da Vergi Məcəlləsinə düzəlişləri təsdiq etmişdir. Məcəlləyə edilən dəyişikliyə görə, Azərbaycan ali təhsil müəssisələrində təhsil haqları ƏDV-dən (18%) azad edilmişdir.

Təhsil Nazirliyindən isə Trend-ə bildirmişlər ki, dövlət ali təhsil müəssisələri ƏDV-dən azad idi, bu ilin əvvəlindən Vergi Məcəlləsinə edilən dəyişiklik özəl ali təhsil müəssisələri üçün nəzərdə tutulmuşdur. Nazirlikdən bildirmişlər ki, ƏDV-nin ləğvi nəticəsində özəl təhsil müəssisələrinin təhsil haqlarına hər hansı dəyişikliyin edilməsi həmin təhsil müəssisələrinin öz qərarlarından asılıdır. Təhsil Nazirliyi qiymət siyasətinə təsir göstərə bilməz. Eyni zamanda nazirlikdən bildirmişlər ki, bu ilədək özəl universitetlər ƏDV-nin təhsil haqqına tətbiq olunmasından şikayət edirdilər və hesab edirdilər ki, mənfəətin çox hissəsi ƏDV-nin ödənilməsinə yönəlir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında