Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aryen Peter Uyterlinde Bakı Ali Neft Məktəbində olmuşdur

 

 

Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aryen Peter Uyterlinde Bakı Ali Neft Məktəbində olmuşdur. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonağı təhsil ocağında yaradılan infrastruktur ilə tanış etmiş, ona ali təhsil müəssisəsinin yaranma tarixi, onun qarşısında duran vəzifələr, 2012-ci ildə tələbə qəbulunun nəticələri, tədris prosesinin təşkili, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətlərində görülən işlər haqqında məlumat vermişdir.

O, qeyd etmişdir ki, ölkə Prezidenti İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Stukturunda Ali Məktəbin yaradılmasında məqsəd ölkənin sənaye müəssisələrinin yüksəkixtisaslı mütəxəssislərə ehtiyacını ödəməkdir. 2012-ci ildə fəliyyətə başlamasına baxmayaraq, bu ali məktəb Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbulunun göstəricilərinə görə tərtib etdiyi reytinq cədvəlində mütləq lider olmuşdur.

Ali məktəbdə tədrisin ingilis dilində təşkil edildiyini vurğulayan rektor bu məqsədlə Böyük Britaniyanın Heriot-Vatt  Universiteti ilə əməkdaşlıq haqqında razılaşma imzalandığını bildirmiş, mütəxəssis hazırlığının bu universitetin tədris proqramları əsasında müasir tədris texnologiyalarının tətbiqi ilə həyata keçirildiyini və məzunlara iki diplom veriləcəyini diqqətə çatdırmışdır.

Rektor 2012-ci ildə “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə qəbulun həyata keçirildiyini, bu il isə 3-cü, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının açılacağını qeyd etmiş, ali məktəbin  Niderland Krallığının texniki ali təhsil müəssisələri  və neft-kimya təmayüllü sənaye qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulmasına ehtiyac olduğunu bildirmişdir.

Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aryen Peter Uyterlinde Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibində  müasir tipli Ali Məktəbin yaradılmasını yüksək qiymətləndirmiş, ali təhsil ocağının kollektivinə tədrisdə və təhsildə uğurlar diləmiş, səfirlik olaraq Bakı Ali Neft Məktəbinin Niderland Krallığının müvafiq təhsil müəssisələri və sənaye qurumları ilə əlaqələrin yaradılmasında köməklik etməyə hazır olduğunu bildirmişdir.

Sonda rektor Elmar Qasımov qonağa Bakı Ali Neft Məktəbinin “Fəxri qonağı” diplomunu təqdim etmişdir.

V.BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında